BMT qlobal təhsilin xilas edilməsi planını açıqladı
Məktəblər infeksiyanın yayılmasına nəzarət etmək mümkün olan kimi tezliklə açıq olmalıdır. Bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş pandemiya dövründə təhsil məsələlərinə həsr olunmuş videomüraciətində bildirib. BMT başçısı əsas məqsədi pandemiyanın təhsil sahəsində fəlakətli nəticələrinin qarşısının alınması olan dörd bənddən ibarət plan açıqlayıb.
Baş katib dünyanın hələ pandemiyadan əvvəl təhsil böhranı ilə üzləşdiyini xatırladıb: müxtəlif ölkələrdə 250 milyondan çox məktəb yaşlı uşaq məktəbə getmək imkanına malik deyildir; inkişaf etməkdə olan ölkələrdə orta məktəb şagirdlərinin yalnız dörddə biri təhsilini lazımi baza bacarıqları ilə başa vururdu.
"İndi biz dünyada gedən bərabərsizliyi daha da ağırlaşdıra və tərəqqini on illərlə heçə endirə bilən daha böyük miqyaslı fəlakətlə üzləşirik", – deyə Antoniu Quterreş bildirib.
Baş katibin sözlərinə görə, COVİD -19 pandemiyası müasir tarixdə bütün dünyada təhsil sistemində ən böyük uğursuzluğa gətirib çıxardı. İyul ayının ortalarına olan məlumata əsasən, dünyanın 160 ölkəsində, təxminən bir milyard şagird üçün təhsil müəssisələri bağlanıb. Dünyada ən azı 40 milyon uşağın məktəbəqədər təhsil almaq imkanı olmayıb. Valideynlər, xüsusilə qadınlar, uşaqlara evdə qayğı göstərmək və təlim keçmək yükünü öz üzərlərinə götürmək məcburiyyətində qalıblar.
"Radio, televiziya və internetdə dərslərin keçirilməsinə, eləcə də müəllimlərin, valideynlərin bütün səylərinə baxmayaraq, bir çox şagird üçün tədris hələ də əlçatmaz qalır. Əlilliyi olan şagirdlər, azlıqların və aztəminatlı icmaların nümayəndələri, qaçqınlar, həmçinin ucqar rayonların sakinləri təlimdən geri qalmaq riski ilə üzləşir".
Bu acınacaqlı vəziyyəti aradan qaldırmağa çalışmaq üçün BMT beynəlxalq tərəfdaşlarla birlikdə dörd mərhələdən ibarət "Gələcəyimizi xilas et!" adlı kampaniyaya başlayır.
BMT Baş katibinin fikrincə:
Birincisi, beynəlxalq birlik məktəblərin tezliklə açılmasına nail olmalıdır. Bu zaman sağlamlığın risklərini qiymətləndirmək lazımdır ki, onlar təhsilin bərpasının vacibliyini üstələməsinlər. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların indi qəbul etdikləri qərarlar uzunmüddətli nəticələr verəcəkdir.
İkincisi, maliyyə axınlarının bölüşdürülməsi zamanı təhsil sahəsinə üstünlük verilməlidir. Böhrandan əvvəl aşağı və orta gəlirli ölkələrdə təhsil üçün ildə 1.5 trilyon dollarlıq maliyyələşdirmə boşluğu var idi. İndi bu fərq əhəmiyyətli dərəcədə artmışdır. Təhsil proqramlarının büdcələri ixtisarlardan qorunmalı və mümkün olduqda artırılmalıdır.
Üçüncüsü, təhsil təşəbbüsləri geridə qalma riski ən yüksək olanlara: fövqəladə və böhran zonalarında yaşayan uşaq və yeniyetmələrə, müxtəlif növ azlıqların nümayəndələrinə, habelə məcburi köçkünlərə və əlillərə çatacaq şəkildə qurulmalıdır.
Dördüncüsü, anlamaq lazımdır ki, təhsilin gələcəyi indi yaradılır. İndiki nəslin pedaqoji metod və prinsipləri yenidən düşünmək imkanı var. Qlobal davamlı inkişaf hədəflərinə çatmaq üçün bir tramplin olaraq hamı üçün keyfiyyətli təhsil verən sistemlərə doğru addım ata bilərik.
BMT-nin Baş katibi videomüraciətinin sonunda bildirib: "Biz dünyanın hər yerində uşaqlar və gənclər üçün dönüş nöqtəsində yaşayırıq. Ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların indi qəbul etdikləri qərarlar yüz milyonlarla gəncin taleyi və onilliklər bundan sonra dünyanın inkişaf perspektivləri üçün uzunmüddətli nəticələrə səbəb olacaq".

Oruc MUSTAFAYEV