Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 23-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumata əsasən hazırda ölkədə 1 763 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 183 nəfər reanimasiyada, 21 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 35 274 nəfər virusa yoluxub, 32 993 nəfər sağalıb.
Bu gün 5 432 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 873 777 test aparılıb.
Qeyd edək ki, bu gün 169 koronavirusa yoluxma faktı qeydə alınıb, 151 nəfər sağalıb, 3 nəfər ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər