İyulun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Modern informasiya, ölçmə və nəzarət sistemlərinin problemləri və perspektivləri” mövzusunda ilk beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Azərbaycan, Fransa, Portuqaliya, Almaniya, Ukrayna və digər ölkələrdən olan nümayəndələrin, alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı müasir dövrdə informasiya texnologiyalarının yaratdığı imkanlardan danışıb. Bildirilib ki, belə konfranslar elmi nailiyyətlərin müzakirəsi, müasir çağırışlarla bağlı fikir mübadiləsi aparılması baxımından əhəmiyyətlidir. ADNSU digər elmi istiqamətlərlə yanaşı, informasiya texnologiyaları sahəsində kifayət qədər uğur əldə etmiş təhsil ocağıdır.
ADNSU-nun cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova konfrans haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, müzakirə üçün konfransa 300-ə yaxın məqalə təqdim olunub, onların böyük əksəriyyəti məqbul hesab edilib.
Tədbirdə AMEA-nın müxbir üzvü İsmayıl İsmayılov, akademik Telman Əliyev, Avropa Elmlər Akademiyasının üzvü Kərim Allahverdiyev, Faranche-Comte Universitetinin nümayəndələri İsabella Lajoie, Elmar Yusifli və digər alimlər çıxış ediblər. Qeyd olunub ki, belə bir konfransın keçirilməsi elm aləmi üçün mühüm hadisədir və burada son dövrlərin ən aktual mövzularından olan informasiya və avtomatlaşdırma texnologiyaları, ölçmə, nəzarət sistemləri və digər vacib məsələlər müzakirə olunur.
Xarici ölkələrdən olan alimlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonra konfrans 6 bölmə iclasında davam edib.

ADNSU-nun Mətbuat Xidməti