Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı onlayn tədbir keçirilib.
Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən təşkil olunan tədbirdə Bakının və respublikanın digər rayonların məktəblərinin şagirdləri iştirak ediblər.
Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi 20 Yanvar faciəsinin yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.
Muzeyin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimov qeyd edib ki, sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan xalqının bu ağır günlərində böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəyə qəti etirazını bildirmişdi. Heydər Əliyev SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etmişdi. Mərkəzi hökumət bütün təqiblərə və təsirlərə baxmayaraq xalqımızın milli demokratik və müstəqilliyi ideyalarını qıra bilmədi. Bu faciədən sonra xalqımız daha da mətinləşdi. Müstəqillik uğrunda sona qədər mübarizə apardı və müstəqilliyə nail oldu. 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil oldu.
Tədbir bədii hissə ilə sona çatıb. Bədii hissədə məktəblilərin təqdimatında şeirlərdən ibarət videoçarx nümayiş olunub.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 20 Yanvar hadisələri ilə bağlı tarixi əşyaların toplanması işi həyata keçirilir. Belə ki, o qanlı olayları əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları əhalidən toplanaraq muzeyin fondlarında qorunur.
Tehsil-press.az