Ermənistan ordusunun hərbi hissələrinin təminatında yaranan problemlər ümumilikdə bölmələrin fəaliyyətini iflic edir və kriminal fəsadlar yaradır.
Əşya, əmlak, ərzaq, yanacaq-sürtkü materiallarının, eləcə də tibbi ləvazimatların qıtlığı ilə üzləşən şəxsi heyət arasında oğurluq, intizamsızlıq və kütləvi davalar baş verir. Bu günlərdə Ermənistanın Koxb yaşayış məntəqəsində yerləşən 543-cü əlahiddə motoatıcı alayda insident yaşanıb. Hərbi hissədə gənc əsgərlərlə daha çox xidmət edən əsgərlər arasında kütləvi dava baş verib. Hadisəyə səbəb isə gənc əsgərlərə verilən yeni əşyaların əllərindən alınaraq əvəzinə köhnələrinin, hətta istifadəyə yarasız olanların verilməsidir.
Faktla bağlı Ermənistan ordusunun 3-cü ordu korpusunun qərargahından bir neçə yüksək rütbəli zabit təcili olaraq Koxb məntəqəsinə gələrək hadisə ilə bağlı araşdırma aparıb.
Hadisə hüquq-mühafizə orqanlarından gizlədilsə də, faktla bağlı zabitlər də daxil olmaqla bir neçə nəfərin cəzalandırıldığı bildirilir. Bir neçə əsgərin isə xidmət yerinin dəyişdirilməsi barədə göstəriş verilib.
Tehsil-press.az