2021-ci ilin 12 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Yıldız Teknik Universitetinin (YTU) rektoru Tamer Yılmazla görüşüb.
Nümayəndə heyətini səmimi salamlayan T.Yılmaz dost Azərbaycanı təmsil edən MDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə bütün zəruri dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. 110 illik inkişaf tarixinə malik olan YTU-da həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə ətraflı məlumat verən T.Yılmaz hazırda universitetdə 35 mindən artıq tələbənin təhsil aldığını deyib.
YTU-nun Türkiyə universitetləri arasında ən böyük texnoparka malik olduğunu vurğulayan T.Yılmaz müasir ekosistemin formalaşdırılması və sənaye ilə səmərəli işbirliyinin yaradılması sahəsində mövcud olan zəngin təcrübələrindən danışıb. T.Yılmaz akademik və inzibati heyətin bacarıqlarının inkişaf etdirilməsi, müasir tələblərə cavab verən kampusun yaradılması, gənc əməkdaşların doktorantura səviyyəsində təhsil alması, məsafədən təhsilin yaratdığı imkanlardan fayda əldə edilməsi və digər məsələlərdə MDU-ya köməklik göstərə biləcəklərini bildirib.
Görüşdə 44 günlük Vətən Müharibəsi dövründə göstərdiyi mənəvi dəstəyə görə həmkarına təşəkkürünü bildirən Ş.Bayramov səfərinin əsas məqsədlərindən danışıb. MDU-nun strateji hədəfləri barədə məlumat verən Ş.Bayramov təmsil etdiyi universitetin ali təhsil xidmətlərinin keyfiyyətinin davamlı yüksəldilməsi, Mingəçevir şəhəri və ətraf regionun hərtərəfli inkişafına daha çox töhfə verməsi baxımından beynəlxalq əməkdaşlıqdan əsas gözləntilərini diqqətə çatdırıb.
Türkiyənin qocaman və davamlı müasirləşən ali təhsil müəssisələrindən biri olan YTU ilə qarşılıqlı faydalı işbirliyinin yaradılmasında maraqlı olduğunu vurğulayan Ş.Bayramov MDU-nun potensialının gücləndirilməsinə xidmət edəcək ikitərəfli əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb. MDU-nun Mühəndislik fakültəsinin yenidən qurulması prosesində YTU-nun fəal iştirakı üçün mövcud olan imkanları qeyd edən Ş.Bayramov MDU-da tədrisin məzmunun yenilənməsi və müvafiq tədris laboratoriyalarının yaradılmasında birgə fəaliyyətin əhəmiyyətini bildirib.
Görüşdə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, ölkəmizin türkiyədəki Səfirliyinin əməkdaşı Nəcibə Nəsibova, MDU rektorunun müşaviri Hamiz Mahmudov və YTU-nun rəhbər şəxsləri də iştirak ediblər.
Ətraflı müzakirələrlə davam edən görüşün sonunda YTU ilə MDU arasında əməkdaşlıq protokolu imzalanıb. Hər iki universitet üçün qarşılıqlı maraq doğuran sahələrdə potensial əməkdaşlığın yaradılmasını nəzərdə tutan protokol tələbə və müəllim mübadiləsini, ortaq mühazirələrin təşkilini, birgə tədqiqatların aparılmasını, qısamüddətli akademik proqramların həyata keçirilməsini və digər məsələləri əhatə edir.
Görüşdən sonra nümayəndə heyətinin üzvləri YTU-nun kampusu və texnoparkı ilə tanış olublar.
Tehsil-press.az