Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələrini daha da inkişaf etdirmək məqsədi ilə ADPU Sosial Media Marketinq komandası (ADPU SMM) 2020-ci ilin oktyabrından universitetin rəsmi sosial media hesablarını yenidən quraraq instagram və twitterdə vahid rəsmi səhifələr yaradıb, ilk dəfə universitetin rəsmi telegram kanalını istifadəyə verib. 5 aydan az müddətdə fərqli konseptdə və operativ fəaliyyət göstərən səhifələr tələbələr arasında böyük auditoriya toplayıb, instagramda 6594, telegramda 5831, twitterdə 700-ə yaxın izləyici kütləsi cəlb edərək oxşar səhifələr arasında öz fərqini ortaya qoya bilib. Universitetin mətbu orqanı olan “Gənc Müəllim” qəzeti yeni üslub və dizaynda çap və elektron formada dərc edilməyə başlanıb. Həmçinin ADPU-nun KİV-lərlə əlaqəsi də operativ əsaslarla qurularaq universitetin fəaliyyətinin tanınmış informasiya agentlikləri tərəfindən müntəzəm olaraq işıqlandırılması təmin edilir.
Hazırda komanda ADPU-nun 100 illiyi ilə bağlı bu istiqamətdə fəaliyyətini genişləndirərək “Youtube” platformasında universitetin "ADPU TV" adlı onlayn televiziyasını istifadəyə verib. Artıq davamlı fəaliyyətə başlayan layihənin fərqli cəhətləri sırasına kanalda təhsil mütəxəssisləri, təhsilverənlər, tanınmış alimlərlə canlı müsahibələrin, canlı yayımların, müxtəlif səpkidə verilişlərin, rublikaların yayımı, tələbə fəaliyyətlərinin işıqlandırılması aiddir. Kanalın yayım və texniki heyəti könüllü tələbələrdən ibarət ibarətdir.
Onlayn televiziyanın “Təhsil Saatı” verilişinin ilk buraxılışının premyerası olub. Könüllü tələbə Nərgiz Quluzadənin təqdimatında yayımlanan “Təhsil Saatı”nın ilk sayında universitetin Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və Sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayevlə imtahanların təşkilinin yeni qaydaları, cari semestrdəki dəyişikliklər, onlayn praktikaların keçirilmə forması, universitetin şəhid tələbə və məzunları, 100 illiklə bağlı tədbirlər və s.-lə bağlı tələbələri maraqlandıran suallar ətrafında maraqlı müzakirələr aparılıb. Verilişlə buraya klikləyərək, yaxud aşağıdakı QR kodu oxudaraq tanış ola bilərsiniz.
Tehsil-press.az