Ermənistanda baş verənləri sadəcə hərbi çevrilişə cəhd adlandırmaq doğru olmaz. Bu tammiqyaslı hərbi çevrilişdir, lakin proseslər hələlik aktiv fazadadır və başa çatmayıb. Adətən bu tip proseslər siyasi iqtiadırın istefası və hərbi diktaturanın bərqərar olması ilə sona çatır. Ermənistanda hakim “Mənim addımım” partiyasının və onun rəhbəri Nikil Paşinyanın hələ də normal reytinqə malik olması hələlik bu hərbi çevrilişin uğurla nəticələnəcəyini ehtimal etməyə əsas vermir. Baş nazir Nikol Paşinyan bu mübarizədən qalib çıxarsa, o zaman proseslər “hərbi çevrilişə cəhd” olaraq dəyərləndirilə bilər. Hələ ki, hakimiyyət uğrunda mübarizə davam edir. Son hərbi-siyasi böhranın məhz Baş nazir Nikol Paşinyanın “İsgəndər” raket-kompleksi haqda dediyi “10 faizi partladı” sözlərindən sonra başladığı heç Rusiyanın özndə də şübhə doğumur.
Müxalifətin hərbi çevrilişi tətikləməsi üçün verdiyi bəyanatlar hələ müharibənin aktiv fazasının ilkin mərhələsində eşidilirdi. Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəsi Onik Qasparyanın Nikol Paşinyanın istefasını tələb etməsindən az sonra 17 müxalifət partiyasının dərhal küçəyə çıxması və mitinqə başlaması, proseslərin əvvəlcədən və koordinasiyalı şəkildə hazırlandığının göstəricisidir. Müxalifətin meydana çıxması ilə Rusiyanın MiQ-29 qırıcılarının havaya qalxması və Paşinyana etiraz edən kütlənin başı üzərindən uçması, proseslərin Rusiya tərəfindən birmənalı şəkildə dəstəklənməsi kimi oxunmalıdır.
Ermənistanın Baş naziri 8 iyunda polis rəisi Arman Sarkisyanı, baş qərargah rəisi Artak Davtyanı və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefaya göndərmişdi. Həmin gün Nikol Paşinyan Onik Qasparyanı baş qərargah rəisi, Argişti Kəramyanı milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan isə polis rəisi təyin etdi.
Bu gün hərbi çevrilişin əsas fiquru olan Onik Qasparyan 1988-ci ildən Sovet Silahlı Qüvvələrində xidmət etdib. 1993-cü ildə Ermənistan Ordusunun sıralarınıa qoşulub və İcevandakı Saro dəstəsinin tərkibində düşmən tərəfdən Azərbycana qarşı döyüşlərdə iştirak edib. 1994-cü ildə döyüş tapşırığını yerinə yetirərkən minanın partlaması nəticəsində ağır yaralanıb. 90-cı illərin ortalarında Rusiya Müdafiə Nazirliyinin “Vıstrel” Ali Zabit Kurslarında oxuyub. 1998-2001-ci illərdə Rusiyanın Rusiya Kombinasiya edilmiş Silahlar Akademiyasında oxuyub və fərqlənmə diplomu ilə oranı bitirib. 2007 və 2008-ci illərdə 4-cü Ordu Korpusunun Komandiri və Baş Qərargah rəisinin müavini olub. 2008-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasından fərqlənmə ilə məzun olub. Onik Qasparyanın bioqrafiyası onun tamamilə Rusiya tərəfindən sanki məqsədyönlü şəkildə yetişdirildiyinı də göstərir. Bəzi mənbələr onun daim rusiyalı həmkarları ilə sıx münasibətdə olduğunu yazır.
Qərbyönümlü Paşinyan təbii ki, Qasparyanın Rusiya sevdalı olduğunu bilirdi, lakin belə olmasına baxmayaraq onu çox əhəmiyyətli vəzifəyə təyin etlməsi başqa təsirlərlə də əlaqələndirilə bilər. Burada ya Paşinyanın seçimi məhdud olub və o, rusa bağlı olanların arasında birini seçməyə məcbur qalıb və ya Rusiya Qasparyanın təyinatı üçün Paşinyana güclü təzyiq edib. İstənilən halda bu təyinatın altında maraq doğuran digət faktlar da mövcuddur.
Başqa maraqlı bir fakt isə ondan ibarətdir ki, Emənistan ordusunun Azərbaycan qarşısında darmadağın olduğu barədə məlumatı da Paşinyana məhz Qasparyan məruzə edərək, onu 10 noyabr Bəyanatının imzalanmasının vacibliyinə inandıranlardan biri olub və Onik bunu təkzib də etməyib.
İndi isə Qasparyan məğlubiyyətə görə məsuliyyəti Paşinyan və onun komandasının çiyinlərinə qoymağa çalışır. Niyə məhz Qasparyan bu addımı müharibə dövründə məğlub olanda deyil, hətta Paşinyan kimsəyə məlum olmayan məkanda birgə Bəyanatı imzalayanda deyil, məhz indi, yəni Nikol rus çəkindirmə silahının yarasızlığını dilə gətirəndən sonra atmağa qərar verib?
Ermənistanın baş qərargah rəisi Onik Qasparyan vəzifəyə Paşinyan tərəfindən təyin edildiyi gündən bəri Paşinyanla ciddi bir fikir ayrılığı olduğu qeydə alınmayıb, əksinə müharibənin daha tez başa çatdırılması üçün Paşinyana təkliflər verdiyini açıqlayaraq, Nikolun məsuliyyətinin bir hissəsini öz üzərinə götürməklə Paşinyana sədaqətli olduğunu nümayiş etdirib. Dünənə qədər Nikolun məsuliyyətini bölüşməyə hazır olan Onik, bu gün “İskəndər” raketinin yararsızlığı barədə baş nazirin bəyanatına ironiya ilə yanaşan müavini general-leytenant Tiran Xaçatryanın istefasını bəhanə edərək tabeliyində olanlarla birlikdə bəyanat imzalayaraq Paşinyanın istefasını tələb edir. Paşinyan isə Qasparyanı siyasətə bulaşdığını əsas gətirərək onun vəzifədən azad edilməsi ilə bağlı Ermənistan prezidenti Armen Sərkisyana təqdimat verib. Baş Qərargah rəisinin istefaya göndərmək barədə müraciəti qəbul etməyən Sarkisyan təqdimatı Paşinyana qaytarıb. Paşinyanın təkrar müraciət edəcəyi halda, prezident baxılması üçün sənədi Ermənistanın Konstitusiya Məhkəməsinə göndərmək hüququna malikdir. Ermənistan ilə bərabər Rusiya gündəminin əsas məsələsinə çevrilən Qasparyanın istefaya göndərilməsi hələ ki, mümkün olmayıb.
Ermənistanda proseslə havadan, daha doğrusu Konsitutsiya Məhkəməsindən asılı vəziyyətdə qalıb. Vaxtilə müxalifətdə olan Paşinyan “azadlıq hərəkatı” adlandırdığı hadisələri, iqtidara gəldikdən sonra “dövlət çevrilişi cəhd” adlandırır. Əslində isə bu baş verən hadisələr müharibənin doğurduğu real nəticədir. Qələbənin çox atalı, məğlubiyyətin isə daim yetim olduğunu əvvəllər yazmışdıq. İndi də İrəvanda bu məğlubiyyətin məsuliyyətini daşıya biləcək “günahkar keçi” axtarılır. Maraqlısı isə odur ki, Ermənistanda 44 günlük müharibədəki məğlubiyyətdən sonra bu müharibənin səbəkarları olan hərbçilər, iqtidarda olan və eks siyasi liderlər günahı bir-birinə yükləməyə çalışırlar. Bunun isə daxili hərbi-siyasi böhrana səbəb olması gözlənilən idi. Sadəcə rus silahı barədə Paşinyanı səsləndirdiyi tənqidi fikirlər Rusiyanın səbr kasasını daşırdı və dünənə qədər Paşinyanın məsuliyyətini bölüşən Qasparyan, məlum bəyanatı səsləndirdi. Prosesləri izləyən hər bir kənar adam, həmçinin ermənilərin sağlam düşüncəli kontingenti yaxşı anlayır ki, Qasparyanın fəaliyyəti heç bir halda Ermənistana olan hərbçi sevgisi, ölkələrinin təhlükəsizliyi və ya onun “Qarabağla birgə parlaq gələcəyi” ilə bağlı deyil. Baş verənlər sadəcə Paşinyanın devrilməsi ilə bağlı Rusiyanın Qasparyana verdiyi əmrlə bağlıdır.
Ermənistan müxalifəti son birgə mitinqinə 5000 nəfər toplaya bildi, əvvəlki mitinqlərdə isə iştirakçı daha az olurdu. Əslində müxalifət çoxdan meydanlardadır, lakin nəticə əldə etməkdə çətinlik çəkirlər. Çünki, bu gün müxalifət kimi küçəyə çıxan Köçəryan, Sarkisyan, Ohanyan, Manukyan 2018-ci ilə nüfuzunun böyük hissəsini hakimiyyətdə olduğu müddətdə itirən personalardır. Onların hamısı hakimiyyətdə olublar və bu müddətdə erməni xalqının rifahı üçün müsbət addımları ilə yadda qalmayıblar, nəticə bəziləri siyasi potensialını, bəziləri avtoritetini, bəzisə ilə maliyyə dayaqlarını və iqtisadi imkanlarını itiriblər. Bu səbəbdən də 17 erməni müxalifət partiyası tək Paşinyanla bacara bilmir. Ermənistan seçicisi son 30 ildə verdiyi dəstək ilə onları uçuruma yuvarlayan Rusiyanın namizədini də hakimiyyətdə görmək istəmir. Ən azından müxalifət mitinqinə rus siyasi texnoloqları ilə məsləhətləşərək gələnlər, burada bir dənə belə rus bayrağı qaldıra bilmədilər. Belə olan vəziyyətdə dalana dirənən Ermənistanın başqa alternativləri də məhduddur.
Generalitetin və Moskvanın təzyiqləri ilə çıxılmaz vəziyyətdə qalan Ermənistanın baş naziri Nikol Paşinyan bu gün “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona yanlış məlumat verildiyini az əvvəl mətbuat katibi Vane Gevorkyan vasitəsilə təkzib etdi. Gevorkyanın sözlərinə görə, “İsgəndər”in keyfiyyətinin Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlığa heç bir aidiyyəti yoxdur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Kremlin İrəvanın açıqlamalarından razı qalıb. Lakin bu işin rəsmi tərəfidir. Hardasa iki məcburi müttəfiq arasında siyasi böhranın qismən həll olunduğunu düşünmək mümkün olsa da, bunu hərbi böhran vəziyyətinə aid etmək olmaz. Çünki, Paşinyan Kremlin icra məmuru rolunu ifa edən Onik Qaspayanın vəzifədən azad olunmasında israrlı görünür. Buna görə də Ermənistanda yaranan və həlli mümkün görünməyən mövcud vəziyyətin hərbi çevrilişlə bağlı hissəsi heç bir halda “baş nazır- baş qərargah rəsi arasında münaqişə” formatında dəyərləndirilə bilməz. Bunu hər iki tərəf yaxşı anlayır. Odur ki, “hərbçilər siyasətə bulaşmalı deyil” və ən azından “susmaq qızıldır” prinsiplərini unudaraq Moskvanın “maşasına” çevrilən Qasparyan, Kreml tərəfindən xilas edilməsi üçün imdad gözləyir. Paşinyan isə yəqin ki, Qasparyan üçün bir ucu həbsxana divarlarına qədər uzanan daha kəskin və maraqlı ssenari hazırlayır.
İndi isə “İskəndər” raketinin atılmasına gəlincə isə Ermənistanda bu faktın mövcudıuğunu iddia etməyən qalmadı. Eks Prezident, hazırki Baş nazir, erməni generallarının bir neçəsi və çox sayda mütəxəssis hələ də bu fikirdədir. Biz də onun buraxılmasına çox bənzəyən videokadrları müşahidə etsək də, raketin düşdüyü yeri tapa bilmirik. Prezident İ.Əliyev də Azərbaycana “İskəndər” raketinin atılmadığını bəyan edib. Deməli bütün bəyanat və iddiaları ödəyən cəmi bir versiyamız qalır: “İskəndər” raketini ermənilər bizə tərəf atıb, lakin raket Azərbaycan ərazisindəki hədəfdən yayınıb və böyük ehtimalla ermənilərin nəzarətində olan əraziyə düşüb. Belə olan halda həm Prezident İ.Əlievin verdiyi bəyanat təsdiqini tapır, həm də Paşinyanın raketlərin yararsızlığı ilə bağlı səsləndirdiyi ifadələr havada “asıl qalmır”. Nikolun təkzibinə isə çox da fokuslanmalı deyilik, bu vəziyyətdə Kreml təzyiqinə qarşı çıxmaq onun üçün asan məsələ deyil. Tək qaranlıq qalan məsələ isə “İskəndər” raketinin İrəvanı yoxsa Moskvanı partlaması oldu...

Ədalət Verdiyev,
Hərbi ekspert
Hərbi ekspert