17-18 aprel tarixlərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Enactus Azərbaycanın həyata keçirdiyi virtual “Yaz Məktəbi” layihəsi baş tutub.
Tədbir onlayn formatda “Zoom” tətbiqi üzərindən 100-dən çox gəncin iştirakı ilə keçirilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tələbələrlə iş üzrə meneceri Ceyran Cəfərovanın moderatorluğu ilə baş tutan tədbirin əsas məqsədi Enactus Azərbaycan komandalarının bilik və bacarıqlarının inkişaf etdirilməsi və komandaları Milli Yarışa hazırlamaqdan ibarət idi. İki günlük təlimlər boyunca peşəkar təlimçilər tərəfindən gənclərə “Data analitikası və biznes”, “Ünsiyyət bacarığı və uğur”, “Marketinq əsas dəyər yaratma aləti”, “Biznes planın qurulması, biznes ideyalar”, “Biznes ideyalar və marketinq” və “Gənc olmaq şansdır” mövzularında təlimlər keçirilib.
Təlimlərin birinci günündə açılış mərasimindən sonra Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin üzvü və sədr müavini Nadir Adilman və Enactus Azərbaycanın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadənin video çıxışları təqdim olundu. Daha sonra isə təlimlərə start verildi. Əsəd Babayev, Nəcəf Allahverdiyev və Emiliya Əhmədova tərəfindən həyata keçirilən təlimlər tələbələr tərəfindən böyük maraqla qarşılandı. Təlimlər zamanı tələbələrə bir çox dəyərli məsləhətlər verildi ki, onların əksəriyyəti yumşaq bacarıqların inkişaf etdirilməsinin önəminə yönəlmişdi. Məsələn, Nəcəf Allahverdiyev öz çıxışı zamanı qeyd etmişdir ki, “Yaxşı qiymətlər alan tələbələr həmişə ən uğurlu olmur, çalışın digər təhsil müəssisələrində öyrədilməyən bacarıqları da inkişaf etdirin. Bunlardan ən önəmlisi özünü təqdimetmə bacarığıdır”. Günün sonunda isə “Sual-Cavab” müsabiqəsi baş tutdu.
Təlimlərin ikinci günü komandaların “Enactus onlayn sahibkarlıq müsabiqəsi” üçün hazırladığı layihə videolarının təqdimatı ilə başladı. Daha sonra isə Hüseyn Hümbətov, Şahin Səmədli və Fidan Nizamova tərəfindən keçirilən təlimlərlə davam etdi. Sonda “Sual-Cavab” və “Enactus Onlayn Sahibkarlıq” müsabiqələrinin qalibləri elan olundu və tədbir Enactus Azərbaycanın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadənin çıxışı ilə yekunlaşdı.
Qeyd edək ki, Enactus platforması dünyanın 37 ölkəsində 1700-dən çox universitetdə 72000-dən çox tələbəni əhatə edən, sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada dayanıqlı inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq təşkilatdır.
Tehsil-press.az