ADU əməkdaşının yeni dərs vəsaiti çap olunub

ADU əməkdaşının yeni dərs vəsaiti çap olunub Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayevanın “Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı” adlı dərs vəsaiti çap olunub.
Kitabda ABŞ-ın coğrafi mövqeyi, qısa tarixi, iqtisadiyyatının ümumi xarakteristikası və infrastrukturu, nəqliyyat və turizm sektoru, maliyyə-kredit sistemi, sosial-iqtisadi problemləri, dünya iqtisadiyyatında yeri, həmçinin Azərbaycan Respublikası ilə iqtisadi əlaqələri araşdırılıb.
Dərs vəsaitindən ali məktəb tələbələri, elmi-tədqiqat işçiləri, həmçinin müəllimlər bəhrələnə bilər.
Qeyd edək ki, Şəfəq Abdullayeva bir dərslik, üç dərs vəsaiti, səkkiz proqram, 50-dən çox məqalə və tezislərin müəllifidir. Onun elmi əsərləri Kanada, Türkiyə, Rusiya, Polşa, Serbiya, Qazaxıstan və s. ölkələrdə nəşr edilib.

Tehsil-press.az


Oxşar xəbərlər