"Mastering Spatial Data Analysis Inside the GIS Setting (Məkan məlumatlarının təhlili CİS daxilində)" adlı ingilis dilində dərs vəsaiti çap olunub. Dərsliyin müəllifləri Avstraliyanın Makkuori Universitetinin Ekoloji elmlər fakültəsinin professoru Əliəkbər Rəsuli, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademik Qərib Məmmədov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi coğrafiya kafedrasının dosenti Mətanət Əsgərovadır.
ADPU-nun Elmi-Metodiki Şurasının qərarı ilə “Coğrafiya müəllimliyi” və “Tarix və coğrafiya müəllimliyi” ixtisaslarının yeni tədris planına salınmış “Məkan məlumatlarının təhlili” fənninin tədrisi üçün dərsliyin nəşri tövsiyə olunub. Kitab bu fənn üzrə Azərbaycanda ilk dərs vəsaitidir. Qeyd edək ki, vəsait Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinə həsr olunub.
Təqdim edilmiş dərs vəsaitinin məzmunu CİS üzrə əvvəlki kitablardan müsbət şəkildə fərqlənir. Dərsliyin əsas məqsədi ali təhsil müəssisələrinin tələbələrinə və tədqiqatçılara məkan məlumatlarının təhlili metodlarını mənimsətməklə yanaşı, bu sahədə olan bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı yaratmaqdır. Müəlliflər konkret coğrafi və ekoloji suallara cavab almaq üçün Azərbaycan Respublikasının məlumat bazası ilə peyk şəkillərinin qarşılıqlı əlaqəsini yaratmışlar. Hər biri üç bölmədən ibarət olan səkkiz dərs tələbələrə tətbiqi biliklərin əldə edilməsi ilə bağlı coğrafi məlumatları və analitik nəticələri vizuallaşdırmaq və araşdırmaq imkanı verir. Kitabın məzmunu tədqiqatçılara lokalyönümlü vəzifələri kompleks şəkildə həll etməyə, fiziki və insan coğrafiyasında harada nə baş verdiyini daha yaxşı başa düşməyə imkan verir.
Kitabda, həmçinin GIS-analiz sahəsində geniş tədqiqat spektrini əhatə edən məkan məlumatlarının təhlili nəzəriyyələri də təqdim olunur.
Bundan əlavə, kitab ESRI ArcGİS proqram təminatı vasitəsilə şəkillərin emalı imkanlarını izah edir. Bu, əsasən peyk təsvirlərinin analizinin müxtəlif aspektləri üzrə tədqiqatçıların konsepsiyasını və bacarıqlarını tamamlaya bilər. Bu məqsədlərə nail olmaq üçün tələbələrdən kompüter və CİS sahəsində bəzi ilkin biliklər tələb olunur. Kitabda qoyulan məsələlər Azərbaycanın coğrafi və ekoloji tematikasına aid proqram və konsepsiyaların geniş spektrini əhatə edir.
Dərslikdə Landsat, Sentinel və rəqəmsal relyef modellərinin 2D və 3D təsvirlərinin analiz metodları da verilir.
Vəsaitdə standart ARCGIS parametrlərindən fərqli avtomatik qabaqcıl məkan müəyyən etmə əməliyyatları yerinə yetirə bilən “geoprocessing” funksiyaları haqqında geniş məlumat verilir.
Dərslik Azərbaycanın akademik tədris müəssisələrində CİS və şəkillərin emalı, məkan məlumatlarının təhlili sahələrində çalışan kadrlara və mütəxəssislərə böyük fayda verə bilər.
Tehsil-press.az