Peşə Təhsil Mərkəzinin tələbələri Gəncə Cihazqayırma Zavodunda təcrübə keçir

Peşə Təhsil Mərkəzinin tələbələri Gəncə Cihazqayırma Zavodunda təcrübə keçir Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin bir sıra ixtisas qrupları üzrə təhsil alan tələbələri Gəncə Cihazqayırma Zavodunda təcrübə keçir.
Təcrübə gələcək məzunların əmək bazarına asanlıqla inteqrasiya olunması məqsədilə təşkil edilib.
Xatırladaq ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin modernləşdirilməsi prosesi uğurla davam edir. Layihədə işəgötürən təşkilatlarla əməkdaşlığın genişləndirilməsi nəticəsində təhsil alan tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki biliklərinin də artırılması əsas önəm verilən məsələlər sırasındadır.

Tehsil-press.az


Oxşar xəbərlər