Bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr edən ümummilli lider Heydər Əliyev siyasi və dövlət xadimi kimi zəngin və çoxşaxəli fəaliyyət göstərib. Ulu Öndər özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasını, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin edib.
Bu fikirləri rektor Elçin Babayev Yasamal Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə “Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı” adlı məruzəsində bildirib.
E.Babayev qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil istiqamətində də konkret və məqsədyönlü addımların atılması, təhsil siyasətinin etibarlı əsasının formalaşması təmin edilib. Ulu Öndər respublikaya rəhbərliyinin hələ birinci dövründə elmin, təhsilin inkişafına xüsusi diqqət yetirir, gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını prioritet hesab edirdi. Məhz dahi liderin böyük xidmətləri sayəsində respublikada ali təhsil müəssisələrinin sayı və onların qəbul planları artırılıb, tələbə qəbulunda şəffaflıq, ədalətlilik təmin olunub. Ulu Öndərin şəxsi nüfuzu və əlaqələri hesabına yüzlərlə azərbaycanlı gənc müvafiq ixtisaslara yiyələnmək üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilib. Azərbaycanlı gənclərin hərbi peşəyə yiyələnməsi, eyni zamanda, gələcəkdə müstəqil Azərbaycan Ordusunun milli ruhlu, vətənpərvər zabit korpusu ilə təmin edilməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə - 1993-2003-cü illərdə də bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.
Ulu Öndər məzunu olduğu, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşıb. Ümummilli Liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir.
Rektor Elçin Babayev vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrəsi nəticəsində bu gün Azərbaycanda təhsil sahəsi ilə yanaşı, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr də çox sürətlə inkişaf edir. Qürurvericidir ki, ölkəmiz öz inkişafına görə dünyanın qabaqcıl ölkələrindən birinə çevrilir. Müstəqil Azərbaycan dövlətinin banisinin axıra çatdırmaq istədiyi ən taleyüklü məsələ Qarabağ probleminin həlli, işğal altındakı torpaqlarımızın azad edilməsi idi. Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Qələbə ilə xalqımızın başı dünya durduqca uca, Ulu Öndərin ruhu şad oldu.
Tehsil-press.az