Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 ili tamam olur. Universitet bu illər ərzində təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz və Orta Asiya ölkələri üçün də yüksəkixtisaslı müəllimlər hazırlayıb. Prezident İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 17 aprel tarixli Sərəncamında bu ali təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirib.
Bu fikirlər ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın “Ənənələrə sədaqətlə” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Universitetin yaradılmasını Azərbaycanda ali təhsil müəssisələri ənənəsini bərqərar edən Cümhuriyyət siyasətinin bəhrəsi saymaq olardı. Bu siyasətin əsası 1918-ci ilin yayında ölkədə milli təhsil strategiyasının tətbiqinə start verilməsi ilə qoyuldu. Ondan bir il sonra Bakı Dövlət Universitetinin təşkili ilə bağlı qərar verildi. Təhsilin milliləşdirilməsini ehtiva edən bu siyasət Bakıda və regionlarda məktəblərin təşkili prosesinin fonunda həyata keçirilirdi. Bolşevik ilhaqı belə, ümummilli maraqlara hesablanan bu prosesin qarşısını ala bilmədi. Nəticə olaraq, artıq fəaliyyətə başlayan ümumtəhsil məktəblərini pedaqoji kadrlarla təmin etmək zərurətə çevrildi. 1921-ci il avqustun 26-da Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı dekretlə yaradılan bugünkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyat yolu beləcə başladı. Düzdür, bir az sonra “Azərbaycanda pedaqoji kadrların hazırlanması prosesini yaxşılaşdırmaq və ali məktəblərdə vahid rəhbərliyi təmin etmək” məqsədi əsas tutularaq o, Bakı Dövlət Universitetinin Pedaqoji fakültəsi ilə birləşdirildi. Buna baxmayaraq, nəinki ölkəmizdə, hətta regionda ilk ali pedaqoji təhsil müəssisəsinin özünəməxsus tarixi yaranırdı.
Bu, adicə tarix deyil, onun məzunu olmuş 160 mindən artıq insanın, öz həyatını yüksəkixtisaslı peşəkar müəllim hazırlığına, müxtəlif sahələr üzrə elmi məktəb yaratmış insanların həyat yoluna yenidən düşəcək işıqdır. O işıqda 100 illik tarixi olan 8 fakültə, 33 kafedra, nəzdindəki bir pedaqoji kollec, 5 filialı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan təhsilində oynadığı rolu görmək mümkündür. Bu gün universitetdə 20 minə yaxın tələbənin ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 20 ixtisas üzrə hazırlığı prosesində 70-ə yaxın elmlər doktoru, 60-dan çox professor, 300-ə yaxın dosent, 350-dən çox fəlsəfə doktoru iştirak edir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ölkəmizdə təhsilin inkişafında, cəmiyyətdə maarifçiliyin bərqərar olmasında oynadığı əvəzsiz rolunu xatırlatmaqla bu rolda onun flaqmanı olan Filologiya fakültəsinin müstəsna yerini qeyd etməyə bilmərik. Bu ali məktəbdə yaradılan ilk fakültələrdən birinin Filologiya fakültəsinin olması tamamilə təbii idi. Fakültənin təşkili işi Krımda doğulsa da ömrünün böyük hissəsini Azərbaycanda filologiya elminin təşəkkülünə həsr etmiş ədəbiyyatşünas, türkşünas, dil və mətnşünas, filologiya elmləri doktoru, 1922-ci ildə professor seçilmiş Bəkir Çobanzadəyə həvalə olundu. Onu xatırladaq ki, cəmi 27 yaşında filologiya elmləri doktorluğunu müdafiə etmiş Bəkir Çobanzadə professor seçilərkən 29 yaşında idi və böyük təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq bu iş ona tapşırıldı. Krım Universitetinin rektoru Bəkir Çobanzadə Azərbaycan İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlunun ölkədə keçirilməsi planlaşdırılan əlifba islahatını təşkil etmək üçün Bakıya gəlmişdi.
İlk məzun buraxılışını 1923/24-cü tədris ilində keçirən ali pedaqoji məktəb ölkəmizdə ancaq təhsilin inkişafında deyil, Azərbaycan elminin təşkili və qazandığı uğurlarda da öz sözünü deyib. Buna görədir ki, XX əsrin əvvəllərində əhalisinin böyük əksəriyyətinin yazmaq və oxumaq bilmədiyi Azərbaycanda savadsızlığın aradan qaldırılmasında universitetimizin yetirməsi olan müəllimlərin xidmətləri danılmazdır. Təhsilin təşkilində, elmi-tədqiqat işlərinin fundamental şəkildə qurulmasında da məzunlarımızın əvəzsiz rolu olub. Təkcə o faktı yada salmaq kifayətdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının on bir prezidentindən üçü – Yusuf Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev universitetimizin məzunlarındandır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətində universitetimizin həyatı ilə bağlı xeyli epizodlar görmək mümkündür. Onun istər Azərbaycanın siyasi rəhbərliyində olduğu birinci dönəmdə, istərsə də müstəqil dövlətin Prezidenti olduğu illərdə birbaşa və dolayısı ilə universitetimizlə yaxından maraqlandığı çoxlarının bildiyi həqiqətlərdəndir. Beş dəfə ali pedaqoji məktəbdə olmağa vaxt tapan ümummilli lider Heydər Əliyev professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyə və məsləhətlər verib, hər bir əməkdaşın arzusu ilə maraqlanıb.
Universitetimizdə beynəlxalq fəaliyyətin tənzimlənməsi və inkişafı üzrə xətt ölkəmizdə hələ 90-cı illərin sonlarında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilən təhsil islahatlarının məntiqi davamı olan təhsil siyasətinin tərkib hissəsidir. O siyasətin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarətdir. Milli təhsilimizin ən yaxşı ənənələrini qoruyub inkişaf etdirmək, onun dünya təhsilinin mütərəqqi və qabaqcıl metodologiyasının özünü doğrultmuş, təsdiq etmiş elementləri ilə sintezinə nail olmaq təhsil siyasətinin başlıca hədəfidir.
Azərbaycanda həyata keçirilən dövlət təhsil siyasəti universitetimizin də qarşısında müəyyən vəzifələr qoyur. Həmin vəzifələr isə problemin həlli üçün kreativ yanaşmalar tələb edir və bu yanaşmaların nəticəsidir ki, görülən işlərin, perspektiv planların geniş siyahısını təqdim edə bilək.
Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, əlbəttə, universitetimiz üçün ilk növbədə türkdilli ölkələrin ali məktəbləri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir. Bu illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələri genişlənir, dünyanın müxtəlif ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları, xarici ölkələrin ölkəmizdəki səfirlikləri ilə əlaqələrin yaradılması və inkişafı istiqamətində səmərəli işlər həyata keçirilib. Təkcə 2016-2020-ci illər ərzində beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məzmunu belə deməyə əsas verə bilər.
Türkiyənin müxtəlif universitetləri ilə həm ikitərəfli, həm də “Mövlanə mübadilə proqramı” çərçivəsində əməkdaşlıq qurulub. Mübadilə proqramı çərçivəsində 2016-cı ildə ADPU-nun İbtidai təhsil fakültəsinin 1 tələbəsi Kastamonu Universitetinin Eğitim fakültəsində, Təsviri incəsənət, musiqi və çağırışaqədər hazırlıq fakültəsinin 1 tələbəsi Kahramanmaraş Sütçü İmam Universitetinin Gözəl sənətlər fakültəsində təhsil alıb.
2016-2020-ci illərdə Türkiyənin 10 universiteti ilə “Mövlanə Mübadilə proqramı” üzrə protokol, 5 ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Qazaxıstanın və Rusiyanın ali təhsil müəssisələrinin nümayəndələri ilə 9 işgüzar görüş keçirilib. Görüşlərin nəticəsi olaraq 8 əməkdaşlıq müqaviləsi imzalanıb, Rusiyanın Dövlət Humanitar Universiteti (RDHU) ilə anlaşma çərçivəsində tələbə mübadiləsi həyata keçirilib. Belə ki, RDHU-nun beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alan 8 tələbəsi ADPU-da iki həftəlik yaz məktəbində iştirak edib.
ADPU 2016-cı ildə Avropa universitetləri ilə əlaqələri genişləndirmək, tələbə/müəllim mübadiləsi həyata keçirmək məqsədilə Kopenhagen Universitet Kolleci ilə “Erasmus+ KA1” proqramı çərçivəsində müəssisələrarası müqavilə imzalayıb. 2016-2019-cu illərdə “Erasmus+ KA1” çərçivəsində ADPU-nun 4 tələbəsi, 7 müəllimi mübadilədə iştirak edib, Danimarkanın Kopenhagen Universitet Kollecindən 4 müəllim qəbul edilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov ADPU-nun “Erasmus+KA1” çərçivəsində tərəfdaşı olan Kopenhagen Universitet Kollecinə (UCC) əməkdaşlıq çərçivəsində səfər edib.
2016-2019-cu illər ərzində Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış ikitərəfli saziş çərçivəsində, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağladığı müqavilələr əsasında ADPU-da təhsil almış 78 əcnəbi tələbə və magistr, 85 əcnəbi dinləyici məzun olub. Hazırda 180-dən çox əcnəbi vətəndaş ADPU-nun hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır. Onların arasında Türkiyə, Rusiya, Gürcüstan, Çin, Türkmənistan, Suriya, Ukrayna vətəndaşları var.
ADPU-nun 2016-2019-cu illərdə 39 əməkdaşı mübadilə çərçivəsində olmaqla ümumilikdə 68 nəfəri xarici universitetlər və təşkilatlar tərəfindən təşkil olunan seminarlarda, konfranslarda və təlimlərdə iştirak edib, 6 tələbəsi mübadilə proqramı çərçivəsində xaricdə təhsil alıb. Bu illər ərzində 34 beynəlxalq müqavilə imzalanıb. Universitetin dünyanın 52 qabaqcıl və nüfuzlu universitetləri ilə əməkdaşlıq müqaviləsi (həmçinin ADPU-ya birləşdirilmiş AMİ-nin imzaladığı 13) var.
Bu gün dünyanın müəyyən dəyərlər uğrunda çarpışmasının başlıca səbəblərindən biri də budur. Bizim qurduğumuz və genişləndirmək istədiyimiz əlaqələrə həmin kontekstdən yanaşmalıyıq. Fikrimizi ümumiləşdirmək üçün Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası”nı yada salmaq istərdik. Strategiyanın başlıca fəlsəfəsi Azərbaycan təhsilinin o dəyərlər ruhunda olmasını təmin etməkdir.
Universitetimizdəki Beynəlxalq əlaqələr üzrə prorektorluq ADPU-nun və struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır. Qurum beynəlxalq istiqamətlər üzrə maraqların və hüquqların qorunmasını, beynəlxalq əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi işinə nəzarəti təmin edir. Ümumilikdə isə ADPU 34 xarici universitet ilə əməkdaşlıq edir, tələbə mübadiləsi həyata keçirir. Türkiyənin 11 universitetində həyata keçirilən “Mövlana Mübadilə Proqramı” tələbələrimiz üçün təhsil şəraiti yaradır.
Ümumilikdə Türkiyə (11), Rusiya (8), Ukrayna (2), Rumıniya (1), ABŞ (1), Qazaxıstan (4), Litva (2), İndoneziya (1), Birləşmiş Ərəb Əmirlikləri (1), İsveçrə (1), Özbəkistan (1) və Moldova (1) universitetləri ilə əməkdaşlıq edilir.
"2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə 2020-ci il yanvarın 31-də ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən universitetin “Menecment (təhsilin təşkili və idarəolunması)” ixtisası üzrə magistratura pilləsini bitirən tələbələr hər iki universitetin diplomunu əldə edə biləcək (proqramın məzunları müvafiq olaraq CVU-nun “Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik” magistr ixtisasına da yiyələnəcək).
100 illik tarixi ərzində zəngin ənənələr yarada bilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivinin hər bir üzvü əmindir ki, təhsil üzrə dövlət siyasəti cəmiyyətimizin gələcəyinə hesablanıb. Bu siyasət isə həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landaunun dediyi kimi, “Gələcək üçün ən yararlı peşənin adamlarını yetişdirməkdən gözəl heç nə yoxdur” fəlsəfəsi üzərində köklənib.
Tehsil-press.az