ATMU və Varşava Həyat Elmləri Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

ATMU və Varşava Həyat Elmləri Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Polşanın Varşava Həyat Elmləri Universiteti əməkdaşlığa dair anlaşma memorandumu ilə bərabər, daha bir sənədə - tələbə mübadiləsinə dair razılaşma müqaviləsinə imza atıblar.
Sənəddə tələbə mübadiləsi, birgə təhsil proqramları və tədqiqat layihələrinin genişləndirilməsi məsələləri əksini tapıb. Anlaşma memorandumunun şərtlərinə əsasən tərəfdaş universitetlər 2021/2022-ci tədris ilindən tələbə mübadiləsinə başlayacaq. Həmçinin hər iki ali təhsil müəssisəsi əməkdaşlığın digər formalarını da inkişaf etdirməkdə maraqlıdır.

Tehsil-press.az


Oxşar xəbərlər