ABŞ-da 231 ildən sonra ilk

ABŞ-da 231 ildən sonra ilk ABŞ-da özünü ağ irqin nümayəndələri hesab edən amerikalıların sayı 1790-cı ildə siyahıyaalınmanın başlanmasından bəri ilk dəfə kəskin azalıb.
Bu barədə “The Washington Post” qəzeti ABŞ-ın Siyahıyaalma Bürosunun məlumatlarına istinadən bildirir.
Hesablamalara əsasən, 2020-ci ilin siyahıyaalınmasının nəticələrinə görə ağ əhalinin sayı 204,3 mln. nəfərə qədər azalıb. 2010-cu ildə bu rəqəm 223,6 milyon nəfərə bərabər idi. Beləliklə, azalma 8,6% təşkil edib.
Eyni zamanda, ağlar ilk dəfə olaraq əhalinin 60%-dən az hissəsini təşkil ediblər. 2010-cu ildə 63,7%-ə bərabər olan bu göstərici hazırda 57,8%-dir.
Vaşinqtonun nüfuzlu Brukinqs İnstitutunun demoqrafiya üzrə mütəxəssisi Uilyam Freyin fikrincə, bu, 2007-2008-ci illərin maliyyə-iqtisadi böhranından sonra ağ amerikalıların gənc nəsli arasında doğumun azalması, həmçinin opioid böhranının təsiri ilə izah oluna bilər.

Tehsil-press.az



Oxşar xəbərlər