UNEC-də magistratura səviyyəsində II tur üzrə sənəd qəbulu onlayn aparılacaq

UNEC-də magistratura səviyyəsində II tur üzrə sənəd qəbulu onlayn aparılacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində II tur üzrə sənəd qəbulu onlayn aparılacaq.
2021/2022-ci tədris ilində təhsil almaq üçün II turdan qəbul olan magistrantlar UNEC-in saytında yerləşdirilmiş platformada qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi avqustun 18-dən 25-dək aparılacaq. Qeydiyyatdan keçməyənlər magistraturaya qəbul olunanların siyahısından xaric ediləcək.
Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan bakalavrların qeydiyyatı üçün müvafiq sənədlər tələb olunur.

Tehsil-press.az



Oxşar xəbərlər