Azərbaycan Turizm və Menecment Universitetində icra olunan layihənin monitorinqi aparılıb

Azərbaycan Turizm və Menecment Universitetində icra olunan layihənin monitorinqi aparılıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsinin monitorinqi başa çatıb.
EQAC layihəsinin koordinatoru Gülşən Bayramovanın, Litvanın Tətbiqi Elmlər və Azərbaycan Kooperasiya universitetlərinin nümayəndələrindən ibarət Monitorinq komissiyasının, eləcə də Erasmus+ Milli Ofisin nümayəndəsinin qatıldığı monitorinq layihə dövrü ərzində həyata keçirilən fəaliyyətlərin icrası və layihənin son ili üzrə nəticələrin yekun qiymətləndirilməsinə həsr olunub.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, tədris işləri üzrə prorektor Zaur Bağırov, rektorun müşaviri Elvin Yusifli, ATMU tərəfindən EQAC layihəsinin meneceri, Elmi innovasiya bölməsinin rəhbəri Faina Qaçabəyova, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin müdiri Muxtar Hüseynov və mütəxəssisi Bəhruz İsgəndərov Monitorinq komissiyasının üzvlərinə universitetin keyfiyyət təminatı istiqamətində qazandığı nəticələr barədə məlumat veriblər, sualları cavablandırıblar.
Xatırladaq ki, Azərbaycan Turizm və Menecment Universiteti keyfiyyət təminatı sahəsində beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verir. Universitetdə ali təhsildə potensialın artırılması proqramını şərtləndirən bir sıra layihələr icra olunur. Belə layihələrdən biri də 2018-ci ildən universitetdə həyata keçirilən və Bakı Biznes Universitetinin koordinasiyası ilə reallaşdırılan “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsidir.

Tehsil-press.az


Oxşar xəbərlər