Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO), Bakı Ali Neft Məktəbi (BANM) və “NewSpace Innovation” ICESCO-ya üzv ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə “ICESCO akseleratoru” adlı yeni pilot layihəyə başlayırlar.
Azərbaycan, Qazaxıstan və Özbəkistanda reallaşdırılacaq layihə ilkin olaraq 5 sənaye sahəsini, o cümlədən kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyalarını əhatə edəcək.
Layihənin birinci mərhələsində milli səviyyədə təşkil olunacaq yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş ən yaxşı startaplar yerli münsiflər heyəti tərəfindən seçiləcək. Milli səviyyədə keçiriləcək yarışlar sentyabrın 11-də iki günlük düşərgə (bootcamp) şəklində başlayacaq və burada komandalara biznesin qurulması, biznes modelləri, müştəri araşdırmaları mövzularında təlimlər təşkil ediləcək.
İkinci mərhələdə düşərgə altı həftə ərzində intensiv mentor sessiyaları ilə davam edəcək. Bu mərhələdə komandalar ideyalarını təkmilləşdirəcək, təklif və prototiplər hazırlayaraq münsiflər heyəti qarşısında çıxış edəcəklər. Hər ölkənin 3 ən yaxşı komandası final mərhələsində iştirak etmək hüququ qazanacaq.
Üçüncü mərhələdə hər ölkədən finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə aparacaqlar.
Müsabiqədə iştirak etmək üçün qeydiyyat avqustun 6-dan sentyabrın 8-dək keçirilib.
Tehsil-press.az