Səudiyyə Ərəbistanında qədim anatomiya əlyazmaları nümayiş etdirilib

Səudiyyə Ərəbistanında qədim anatomiya əlyazmaları nümayiş etdirilib Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Əbdüləziz Kitabxanası XIV əsrə aid olan nadir qədim anatomiya əlyazmalarını nümayiş etdirib.
Ən çox maraq doğuran məşhur fars təbib Mansur ibn İlyas Əl-Kəşmirinin 1380-1391-ci illərdə yazdığı “İnsan bədəninin anatomiyası” kitabı olub. İslam təbabətinin ən qiymətli əsəri olan bu əlyazmalardan belçikalı həkim Andreas Vesalius və italiyalı Leonardo da Vinçi öz tədqiqatlarında istifadə ediblər. Əl-Kəşmirinin tədqiqatları Avropada tibb elminin inkişafında mühüm rol oynayıb və dərslik kimi istifadə olunub. Fars dilində yazılmış əlyazmalar 1707-ci ildə loğman Məhəmməd Həsən tərəfindən ərəbcəyə tərcümə olunub.
Kitabxanada həmin dövr üçün ən yüksək səviyyədə olan müsəlman təbabətinin başqa qiymətli əlyazmaları da saxlanılır. Qədim kitabların təqdimatı mərasimində İslam ölkələri və Avropadan olan alimlər iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər