Xəzər Universitetinin İnşaat mühəndisliyi departamentinin koordinatoru Rasim Bayramlı ilə “AzFEN” şirkətinin mütəxəssisləri Nilufər Alıyeva və Sərtac Öztürk arasında əldə olunmuş razılaşmaya görə IV kurs tələbələri üçün “Tekla Structures” proqramı üzrə 6 həftəlik yay kursu təşkil olunub.
Kurs mühəndislik və inşaat sahəsi ilə əlaqədar işlərdə dərəcə artırmaq, ixtisaslaşmaq və bu sahə üzrə fəaliyyət göstərən yerli və xarici şirkətlərdə karyera qurmaq istəyən mühəndislik sahəsi üzrə təhsil alan tələbələri əhatə edib.
Kursu bitirən tələbələrdən imtahan götürülüb. İmtahanda müvəffəqiyyət qazanan tələbələrə sertifikat verilib.
Tehsil-press.az