Dünya miqyasında layihələndirmə və tikinti sahələrində proqram təminatının qlobal təchizatçısı olan “Tekla Trimble” şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup müəllimini beynəlxalq sertifikatlarla təltif edib.
Tədbirdə “AZEL Systems” şirkətinin Baş direktoru İqor Yakovenko yaradılan şərait üçün universitetin rektoru, professor Gülçöhrə Məmmədovaya təşəkkürünü bildirib, sertifikat əldə edən müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova şirkətin Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə AzMİU ilə ikitərəfli əlaqələr qurduğunu, bu əməkdaşlığın universitetin müəllimləri və tələbələri üçün faydalı olduğunu bildirib.
Sonda İ.Yakovenko təlimləri uğurla başa vurmuş müəllimlərə sertifikatlar təqdim edib.
Qeyd edək ki, “Tekla Structures” proqram təminatından istifadə üzrə keçirilən ustad dərsində Memarlıq və inşaat fakültəsinin müəllimləri iştirak ediblər. Şirkətin Moskva ofisindən texniki konsultant Andrey Didux tərəfindən aparılan ustad dərsi zamanı “Tekla Structures” proqramının praktik cəhətdən istifadəsi, modelləşdirilmə, mürəkkəb bina və tikililərin layihəndirilməsini əyani formada müəllimlərə izah edilib.
Tehsil-press.az