Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Dünya Mirası Şəhərlər Təşkilatının (OWHC) keçirdiyi beynəlxalq müsabiqənin qalibi olub. Beynəlxalq İqtisadiyyat Məktəbinin III kurs tələbəsi Nurcan Daşdəmirovanın Beynəlxalq Video Hazırlama müsabiqəsinə təqdim etdiyi “BUTA- yaranışın ilk rüşeymi” adlı videosu öncə Azərbaycanda, daha sonra isə dünyada birinci yerə layiq görülüb.
Videoda İçərişəhərin tarixi məkanları izləyicilərə vizual şəkildə tanıdılır, pandemiya nəticəsində Bakıda baş verən dəyişikliklər, turizm sektoruna və ümumilikdə iqtisadiyyata dəyən ziyan barədə təsəvvür yaradılır. Sonra isə COVID-19-un təsirlərinin aradan qaldırılması yolları səsləndirilir və onların şəhərimizdə həyata keçirilməsinə başlanıldığı vurğulanır. Eyni zamanda, tələbə videoda şəhərimizin bu çətinliklərin öhdəsindən gələcəyinə inandığını bildirir və bunu milli simvolumuz olan və “yaranışın ilk rüşeymi” mənasını bildirən “BUTA”da görür.
Sonda video tələbənin ifasında Azərbaycanımızın milli “Qaval rəqsi” ilə başa çatır.
Tehsil-press.az