Dövlət İdarəçilik Akademiyasının komandası “Hüquq viktorinası” müsabiqəsində iştirak edib

Dövlət İdarəçilik Akademiyasının komandası “Hüquq viktorinası” müsabiqəsində iştirak edib Azərbaycan Respublikası Prokurorluğunun işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü ilə əlaqədar Baş Prokurorluğun Elm Tədris Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin Hüquq fakültələrində təhsil alan tələbələr arasında “Hüquq viktorinası” müsabiqəsi keçirilib.
“Konstitusiya hüququ”, “Cinayət hüququ”, “Cinayət-prosessual hüquq” fənləri üzrə təşkil olunan müsabiqə bir neçə mərhələdə davam edib. Müsabiqənin universitet komandalarının kapitanları arasında növbəti mərhələsində keçirilən fərdi yarışın qalibi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsinin IV kurs tələbəsi Maya Eyvazzadə olub.
Tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qalibləri təbrik edib, onlara sertifikatlar təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov qalib olan tələbə Maya Eyvazzadə ilə görüşüb, müsabiqədə yüksək nəticə göstərməsi münasibətilə onu təbrik edib, ona təhsilində uğurlar arzulayıb. Rektor gənc hüquqşünasların təhsili, ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Akademik Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında bağlanmış əməkdaşlıq sazişinə əsasən hər iki qurum arasında əlaqələrin uğurla davam etdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər