Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq şöbə və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Azərbaycan dilində monqol mənşəli sözlər” mövzusunda alman alim, türkoloq, professor Elizabetta Raqaqninlə görüş keçirilib.
Tədbirdə alman alim “Azərbaycan dilində monqol mənşəli sözlər” mövzusunda mühazirə oxuyub. Qeyd edib ki, qədim türk dilində işlənmiş və bu gün də işlənən bir çox sözlər monqol dilindən alınma sözlərdir. Bu, həm tarixi, həm coğrafi amillərlə bağlı olan məsələlərdəndir. Belə ki, uzun illər davam edən istilalar, xalqların bir-birinə qaynayıb-qarışması dil faktorunda da özünü göstərib. Həm ümumişlək, həm də dialekt sözlər bir çox yad təsirlərə, dəyişikliklərə məruz qalıb.
Tədbir iştirakçılarının suallarını cavablandıran qonaq bildirib ki, türk dilləri böyük bir coğrafi arealı təşkil edir. Bu, digər millətlərin də dil mədəniyyətlərinə təsirsiz ötüşməyib. Monqol dilindən türk dillərinə keçən sözlərə həm rus dilində, həm də digər xarici dillərdə rast gəlinir.
Tehsil-press.az