Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə reallaşdırılan “Təhsil avtobusu – Qayıdış” layihəsinin bağlanış və dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri layihənin rəhbəri Ülviyyə Axundova açaraq “Təhsil avtobusu – Qayıdış” layihəsi barədə məlumat verib. O qeyd edib ki, sentyabrın 7-14-də “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində Qarabağın bölgələrindən olan şagirdlər üçün “Təhsil avtobusu – Qayıdış” layihəsi həyata keçirilib. “Təhsil avtobusu” 1500 kilometrdən çox məsafəni qət edərək işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) yola çıxıb və Qarabağın 53 məktəbindən olan 198 şagird cəlb olunub. Qarabağın rayonlarının məktəblərində təhsil alan zəif və orta göstəriciyə malik olan 6-9-cu sinif şagirdlərinin yaşadığı və təhsil aldığı rayonlarda keçirilən layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, vətənpərvərlik, şəxsi inkişaf istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbədən, Qarabağda aparılan quruculuq işlərindən söz açıb, işğaldan azad edilən ərazilərimizdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini söyləyib.
F.Qurbanov “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq beşinci dəfə həyata keçirilən və Qarabağa qayıdışa həsr olunan layihənin qarabağlı şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini söyləyib, bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb. Qeyd edilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.
Milli Məclisin deputatı Şahin Seyidzadə, “Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Şamil Əzizov şagirdlərin inkişafında, onların dünyagörüşünün formalaşmasında, bacarıq və yaradıcı istedadlarının üzə çıxarılmasında “Təhsil avtobusu – Qayıdış” layihəsinin əhəmiyyətini qeyd ediblər.
Qubadlıdan olan şagird Nihad İbrahimov “Təhsil avtobusu – Qayıdış” layihəsi ilə bağlı təəssüratlarını bölüşüb.
Tədbirdə “Təhsil avtobusu – Qayıdış” layihəsinə həsr olunan videoçarx nümayiş olunub.
“Təhsil Avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat”, “Qarabağa dönüş” ictimai birliklərinin, Vitam Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, “Spatrix”, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” tələbə-könüllü proqramı, “Kids Inc” proqramı, “SABAH” qrupları, “Edumap” təhsil portalının tərəfdaşlığı ilə keçirilib.
Tehsil-press.az