Doktoranturaya və dissertanturaya xarici dil üzrə fəlsəfə doktoru imtahanının strukturu və tapşırıq nümunələri təqdim edilib

Doktoranturaya və dissertanturaya xarici dil üzrə fəlsəfə doktoru imtahanının strukturu və tapşırıq nümunələri təqdim edilib Doktoranturaya və dissertanturaya dekabr ayında keçiriləcək xarici dillər üzrə fəlsəfə doktoru imtahanları dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olacaq.
Proqramlar üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan bacarıqlar və imtahanın strukturu və tapşırıq nümunələri haqqında Mərkəzin saytında yerləşdirilmiş linkə keçid etməklə əlavə məlumat almaq olar.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması həyata keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər