Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə ÜST-nin Avropa regional ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri Satiş Mişra, reabilitasiya və əlillik üzrə regional texniki əməkdaşı Cathal Morgan, Akademiyanın rektoru Fuad Hacıyev, ÜST-nin Azərbaycan nümayəndəliyindən proqram rəhbəri Fidan Talışinskaya və məsləhətçi, “rATA” layihəsinin milli koordinatoru Vüqar Məmmədov iştirak ediblər.
Görüşdə ÜST-nin “Köməkçi texnologiyalar sektorunun gücləndirilməsi” layihəsi müzakirə edilib.
Daha sonra ADBTİA-da reabilitasiya sahəsində iki ixtisas üzrə mütəxəssislərin hazırlanmasının və bu sahədə elmi işlərin aparılmasının əhəmiyyəti xüsusi vurğulanıb. Akademiya rəhbərliyi, həmçinin elmi-tədris laboratoriyasında qazilərin və hərbi qulluqçuların müalicəsinin nəticələri barədə məlumat verib.
ÜST nümayəndələri reabilitasiya sahəsində mütəxəssislərin hazırlanması ilə bağlı ADBTİA-ya texniki dəstək göstərəcəklərini bildiriblər.
Görüşdə ÜST ilə ADBTİA arasında reabilitasiya sahəsində gələcək əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
Xatırladaq ki, cari ilin martında ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilə də ADBTİA-da görüş keçirilmişdi.
Tehsil-press.az