Bakı Dövlət Universitetinin “Enactus” komandası “Ecoprint” layihəsi ilə 113 ölkənin iştirak etdiyi “Global Startup Awards” mükafatları yarışmasının “Grand Final” iştirakçısı vəsiqəsini qazanıb. Komanda üzvlərindən 4 nəfər - Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri, layihə rəhbəri Mətanət Musayeva, Bioekologiya kafedrasının dosenti, layihə koordinatoru Məhluqə Yusifova, komanda kapitanı Rüstəm Həsənli və informasiya texnologiyaları mütəxəssisi Kamran Qasımov noyabrın 15-18-də Danimarkada (Kopenhagen) keçirilən “Grand Final”da iştirak edirlər.
Final yarışının ilk günündə “Yaşıl liderlik!”, “Yaşıllaşdırmada kommunikasiya” və “Yaşıl investisiyalarda risklərin qiymətləndirilməsi” panellərində müxtəlif ölkələrdən startap və şirkət yaradıcıları öz təcrübələrini bölüşüb. Tədbirə qatılan layihələr haqqında fikir mübadiləsi aparılıb.
BDU-nun “Ecoprint” layihəsi finalda 2 nominasiya üzrə yarışacaq. Finalda “Best Vertical Stratup” nominasiyasında 12 ölkənin, “Best Green Tech Startup” nominasiyasında isə 23 ölkənin komandaları yer alır.
Tehsil-press.az