Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və mühəndislik fakültəsinin təşkilatçılığı ilə insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan halların qarşısının alınması üçün cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat fakültəsinin dekan müavini dosent Müşrəvan Əliyev insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirlərindən söz açıb.
Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ramil Qocayev və İqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi Ərəbiyyə Mustafayeva məcburi əməyə cəlbetmənin insan alveri cinayəti ilə əlaqəsi barədə tələbələrə məlumat verib.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az