1964-cü ildəTürkiyə, Pakistan və İran tərəfindən "Regional İnkişaf üçün Əməkdaşlıq" kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub.
İƏT-ə hazırda Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan üzvdür.
Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.
Ölkəmizin 1992-ci ildə üzv olduğu təşkilatın katibliyi Tehranda yerləşir. İƏT-də sədrliyi Türkmənistan həyata keçirirdi, bu gün isə Özbəkistan sədrliyi qəbul edib.
Prezident İlham Əliyev Zirvə Görüşündə etdiyi çıxış zamanı Azərbaycanın İƏT-lə əməkdaşlığa verdiyi önəmi vurğulayıb, Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərdən, COVİD-19 pandemiyasına qarşı mübarizədə milli və beynəlxalq səviyyədə atdığı addımlardan danışıb.
Zirvə Görüşündə qəbul edilmiş "Aşqabad fəaliyyət konsensusu" (Ashgabat Consensus for Action) adlı yekun birgə bəyanatda Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir.
Üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır.
Azərbaycan İƏT ölkələri ilə əməkdaşlıqda bir sıra sahələrə, xüsusilə nəqliyyat-kommunikasiya məsələlərinə xüsusi önəm verir. Son illərdə ölkəmizin "Şərq-Qərb", "Şimal-Cənub" və "Şimal-Qərb" kimi transregional layihələrdə aktiv iştirakı, habelə ölkəmizin Cənubi Qafqazdakı yeri və çəkisi Azərbaycanı Avrasiyanın ən etibarlı, səbatlı və perspektivli nəqliyyat-loqistika qovşaqlarından birinə çevirib.
İƏT sammitinin iştirakçıları da bilirlər ki, Zəngəzur dəhlizinin reallaşması region ölkələrinə yeni imkanlar yaradacaq, çünki quruma üzv dövlətlər bu dəhlizdən istifadə edə biləcəklər.
Məhz bu baxımdan İƏT-də qəbul edilmiş hesabatlarda "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz" ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin aşkar və həm də simvolik nümunəsi sayıla bilər.
İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz" ifadəsinin öz əksini tapmasının Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsi sayıla bilər.
Aşqabad sammitinin yekun bəyanatını imzalayan ölkələr arasında Qırğızıstan, Qazaxıstan və Tacikistan da var. Bu dövlətlər MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Adı çəkilən ölkələrin KTMT üzvü olan və bu qurumdan dəfələrlə siyasi, əksər hallarda hərbi yardım istəyən Ermənistanın yox, Azərbaycanın mövqelərini dəstəkləməsi göstərir ki, Avrasiya inteqrasiyası prosesinə qatılan ölkələrin dəstəyi ilə ədalət prinsipləri rəsmi Bakının tərəfindədir. İrəvanın de-yure və nominal müttəfiqləri ilə tərəfdaşları da bunu etiraf edir və eyni zamanda vurğulayırlar ki, Bakı ilə sıx əlaqələr onlar üçün səfil və kapitulyant İrəvanla münasibətlərdən dəfələrlə önəmlidir.
Tehsil-press.az