3 gün əvvəl atasının itkin düşdüyünü dedi - Özü yandırıb həyətdə basdırıbmış

3 gün əvvəl atasının itkin düşdüyünü dedi - Özü yandırıb həyətdə basdırıbmış Gəncə şəhərində oğul atasını öldürüb basdırdıqdan sonra onun itkin düşməsi barədə polisə məlumat verib.
Gəncə şəhər sakini Məmmədov Məhəmməd polisə müraciət edərək atası 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi ilə bağlı məlumat verib. O, atasının ruhi-əsəb xəstəsi olduğunu bildirib.
Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsin yaşadığı evin həyətində basdırılmış meyiti tapılıb. Davam etdirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Azad Məmmədov elə öz oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tərəfindən qətlə yetirilərək basdılırıb.
M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Tehsil-press.az

Oxşar xəbərlər