Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Seyhan Fırat Azərbaycan Texniki Universitetində (AzTU) “Erasmus+ layihələrinin idarə olunması təcrübəsi” mövzusunda seminar keçirib.
Seminarda “Erasmus+ 2021-2027-ci illər” proqramının növbəti illərdəki hədəfləri barədə məlumat verilib. Həmçinin proqram çərçivəsində layihə və birgə təkliflərin hazırlanması qaydaları, komanda işinin təşkilində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Professor Seyhan Fırat insanların elm, təhsil, gənclər və idman sahələrində ömürboyu təhsilə nail olmaq üçün Avropa və onun hüdudlarından kənarda mövcud təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib.
Bildirib ki, “Erasmus+ 2021-2027-ci illər” proqramının təklif etdiyi istiqamətlərə iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji, süni intellekt, robototexnika, “big data” analitikası, rəqəmsal bacarıq və səriştələrin inkişaf etdirilməsi, müəllimlərin rəqəmsal bacarıqlarının artırılması, inklüzivlik və s. daxildir.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az