Bakı Dövlət Universitetində (BDU) Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilmiş “Əzizə Cəfərzadə yaradıcılığı Azərbaycan nəsrində yeni mərhələ kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru professor Mais Süleymanov görkəmli yazıçı Əzizə Cəfərzadənin məzunu və professoru olduğu BDU-da elmi-praktik konfransın keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, Əzizə Cəfərzadə irsinin ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildiyini, dövlətimiz tərəfindən ədibin Xalq yazıçısı adına layiq görüldüyünü vurğulayıb.
M.Süleymanov Xalq yazıçısı Əzizə Cəfərzadənin əsərlərinin Azərbaycanda estetik fikrin, oxucu zövqünün, mütaliə mədəniyyətinin formalaşmasında, milli özünüdərkin inkişafında mühüm rol oynadığını qeyd edib.
Konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Almaz Ülvi “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi obrazlar”, ədəbiyyatşünas Əsəd Cahangir “Əzizə Cəfərzadə və milli özünüdərk”, BDU-nun dosenti Pərviz Kazimi “XX əsr Azərbaycan ədəbiyyatında Əzizə Cəfərzadə hadisəsi” mövzularında məruzə ediblər.
Sonda Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov anasının yaradıcılığına göstərilən diqqətə görə BDU-nun rəhbərliyinə təşəkkürünü bildirib. Turan İbrahimov Xalqı yazıçısının əsərlərinin son nəşrlərini BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.
Tehsil-press.az