UNEC-in gənc tədqiqatçısının işi Kent və Kembric universitetlərinin birgə layihəsi çərçivəsində nəşr edilib

UNEC-in gənc tədqiqatçısının işi Kent və Kembric universitetlərinin birgə layihəsi çərçivəsində nəşr edilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Bəhruz Babayevin həmmüəllifi olduğu “Azərbaycanın və Çin hökumətinin bir kəmər, bir yol təşəbbüsünə töhfəsi” adlı tədqiqat işi Kent və Kembric universitetləri tərəfindən birgə həyata keçirilən “GCRF COMPASS” layihəsi çərçivəsində nəşr edilib.
Layihənin məqsədi qlobal miqyasda akademik tədqiqatı genişləndirən Böyük Britaniyanın maliyyə təşəbbüsüdür.
Xatırladaq ki, Kent Universitetinin rəhbərlik etdiyi COMPASS layihəsi Kembric Universiteti ilə birlikdə Azərbaycanda (ADA Universiteti), Belarusda (Belarus Dövlət Universiteti), Tacikistanda (Tacik Milli Universiteti) və Özbəkistanda (Dünya İqtisadiyyatı və Müxtəliflik Universiteti) fəaliyyət göstərən ali təhsil müəssisələrində mükəmməl tədqiqat mərkəzlərini yaratmağa çalışır.

Tehsil-press.az

Oxşar xəbərlər