Qaynaqçı ixtisası üzrə təlimlərə ərizə qəbulu sabah başa çatır

Qaynaqçı ixtisası üzrə təlimlərə ərizə qəbulu sabah başa çatır Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi qaynaqçı ixtisası üzrə ənənəvi formatda (emalatxanada) təlimlər təşkil edəcək.
Təlimdə iştirak etmək üçün ərizə qəbulu yanvarın 15-dək aparılacaq. İştirakçılar qaynaq işləri zamanı əmək təhlükəsizliyi, qaynaq standartları və texnologiyası haqqında ümumi məlumat alacaqlar. Onlar, həmçinin bütün fəza vəziyyətlərində elektrik əl qövs qaynağı ilə qaynaq tikişinin qurulmasını, metal birləşdirmə prosesini öyrənəcəklər. Təlim iştirakçıları volfram elektrodlar və onların standartları, GTAW qaynağı vasitəsilə bütün fəza vəziyyətlərində müxtəlif qaynaq tikişinin yerinə yetirilməsi, qaynaq edilən metalların vizual və texniki üsulla yoxlanması haqqında biliklər əldə edəcəklər.
Təlim 3 modul üzrə 11 həftə (128 saat) davam edəcək. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər