Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təlim təşkil olunub

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təlim təşkil olunub Azərbaycan Texniki Universiteti ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında imzalanan memorandum çərçivəsində Texniki Universitetin müəllim-pedaqoji heyəti tərəfindən mərkəzin subbakalavr pilləsinin nəqliyyat vasitələrinin texniki istismarı və kompüter sistemlərində proqram təminatı ixtisaslarının təhsilalanları üçün təlimlər keçirilib.
Təlimlər qeyd olunan ixtisaslar üzrə təhsilalanların bilik səviyyələrinin artırılması və ixtisaslaşması məqsədilə təşkil olunub.
Təlimləri müvəffəqiyyətlə bitirən 7 təhsilalan göstərdikləri fəallığa görə fərqlənmə sertifikatı ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər