ABŞ-da dünyada ilk dəfə həkimlər insana donuzun iki böyrəyini köçürüblər.
Bu barədə “American Journal of Transplantation” jurnalı yazıb.
Məlumata görə, böyrəklər komaya düşən 57 yaşlı kişi pasiyentə köçürülüb. Sözügedən şəxs komada olduğundan alimlər əməliyyatı həyata keçirmək üçün xəstənin qohumlarından icazə almalı olub.
Xatırladaq ki, ABŞ-da insana donuz orqanlarının köçürülməsi əməliyyatlarının sayı artır. Belə ki, ötən ilin oktyabr ayında cərrahlar Nyu-Yorkda insana geni dəyişdirilmiş donuz böyrəyi köçürmüşdülər. Həmçinin bu il yanvar ayının əvvəlində ABŞ-da insana geni dəyişdirilmiş donuz ürəyi köçürülmüşdü.
Tehsil-press.az