LDU Meksikanın Anahuac Universiteti ilə əməkdaşlığa başlayıb

LDU Meksikanın Anahuac Universiteti ilə əməkdaşlığa başlayıb Lənkəran Dövlət Universiteti (LDU) ilə Meksikanın Anahuac Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
LDU-dan bildirilib ki, hər iki universitetin rektorları tərəfindən onlayn şəkildə imzalanan müqavilədə ali məktəblər arasında müəllim-tələbə mübadiləsinin və akademik əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores 2017-ci ildə Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində bu ali təhsil ocağının professor-müəllim heyəti ilə görüşmüş, maddi-texniki bazası ilə tanış olmuş, Meksika universitetləri ilə LDU-nun qarşılıqlı əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirmişdi.
Bu səfərdən sonra LDU ilə Meksikanın Anahuac Universiteti arasında danışıqlar başlayıb və əməkdaşlıq müqaviləsinin layihəsi razılaşdırılıb.
Hazırda imzalanan Anlaşma Memorandumu 5 il müddətinə qüvvədə qalacaq.

Tehsil-press.az


Oxşar xəbərlər