UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər davam edir

UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər davam edir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.
UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində universitetlərdə tələbələrin kompetensiyaları önəm kəsb etmirdi və ona görə də onun formalaşdırılması və qiymətləndirilməsi də həyata keçirilmirdi. Ona görə də, məzunların aldıqları yekun sənəddə onların kompetensiya səviyyəsi haqqında heç bir məlumat verilmirdi. Kompetensiyalardan daha çox nəzəri biliklərə üstünlük verilirdi. Bu gün də nəzəri biliklər “öndədir”.

Tehsil-press.az


Oxşar xəbərlər