Avtomobil diaqnostikası üzrə təlimə müraciətlərin qəbulu sabah yekunlaşır

Avtomobil diaqnostikası üzrə təlimə müraciətlərin qəbulu sabah yekunlaşır Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunacaq avtomobil diaqnostikası təliminə müraciətlərin qəbulu sabah yekunlaşır.
Təlimə qoşulmaq istəyənlər yanvarın 30-dək müraciət edə bilərlər.
Təlim iştirakçıları yanacağın vurulması, qəbul, çıxış, birbaşa benzinin püskürdülməsi, yağlama, soyutma, tormoz, sükanın idarə edilməsi, asqı, doldurma, işəsalma, işıqlandırma, alışma, havalandırma komfort sistemləri haqqında biliklərə yiyələnəcəklər.
Həmçinin transmissiya elementləri, təkərlərin montaj və demontajı, balanslaşdırılması, dönmə bucaqlarının tənzimlənməsi, avtodiaqnostika, avtomobil akkumulyatorunun təchizi və elektrik dövrələri haqqında məlumat alacaqlar.
Təlimlər ənənəvi formatda (emalatxanada) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. İki modul üzrə 11 həftə (68 saat) davam edəcək təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər