AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən videokonfrans keçirib.
“Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı” mövzusunda videokonfrans “Zoom” platforması üzərindən təşkil edilib. Videokonfransa moderatorluq edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev bildirib ki, hazırda bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər gənclərdə qürur hissi yaradıb: “Ürəkdən inanırıq ki, görülən tədbirlər sayəsində xalqımız tezliklə bu pandemiyadan ən az itki ilə qurtulacaq”, – deyə o, əlavə edib.
F.Mustafayev konfransın mövzusunun vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz iz qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov “Heydər Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edərək tarixi şəxsiyyətin gənclərin elmi-ictimai fəaliyyətinin artırılması istiqamətində hər zaman geniş imkanlar yaratdığını xatırladıb. O, Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətini vurğulayaraq bildirib ki, dinamik inkişaf edən və ildən-ilə beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır.
F.Salmanov Ulu Öndər tərəfindən intellektual nəslin formalaşması istiqamətində ardıcıl addımlar atıldığını söyləyib. O bildirib ki, Ümummilli Liderin zəngin dövlətçilik irsi gənclər üçün böyük nümunədir. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti hər bir gənc üçün fəxr və qürur mənbəyidir.
Şura sədri qeyd edib ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. O, xüsusən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün ölkə rəhbəri tərəfindən həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, respublikamızda tətbiq edilən karantin rejimində akademiya gənclərinin də dövlət başçısının çağırışlarına həmrəylik nümayiş etdirdiyini vurğulayıb.
Videokonfransda AMEA Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatının sədri Ulduzə Mehvalıyeva “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu kimi” mövzusunda məruzə ilə çıxış edib. O, böyük şəxsiyyət Heydər Əliyevin bütün məsələlərə dövlət və dövlətçilik prinsiplərindən yanaşdığını, Azərbaycanın, eləcə də YAP-ın gələcəyini daim gənclərdə gördüyünü vurğulayıb.
Dövlətin gənclərə qayğısından bəhs edən U.Mehvalıyeva ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini bildirib.
Konfransda “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici siyasəti”, “Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı bir abidədir”, “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin formalaşması və inkişaf sahəsində xidmətləri”, “Heydər Əliyev və Nizami Gəncəvi irsi” mövzularında məruzələr dinlənilib.
Tehsil-press.az