ADPU-nun həmkarlar təşkilatı fəalları təltif edilib

ADPU-nun həmkarlar təşkilatı fəalları təltif edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illiyi münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən universitetin bir qrup həmkarlar təşkilatı fəallarına fəxri fərman və pul mükafatı təyin edilib. Bu münasibətlə dekabrın 22-də yığıncaq keçirilib.
Yığıncaqda çıxış edən universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev göstərilən diqqətə görə Respublika Komitəsinə təşəkkürün bildirib və təltif olunan əməkdaşları təbrik edib.
ATİAHİ RK-nın sədr müavini Mirzə Cəfərzadə ADPU-nun 100 illik yubileyi münasibəti ilə Respublika Komitəsi adından universitetin rəhbərliyi və kollektivini təbrik edib.
Yığıncaqda fəallığı ilə fərqlənən universitetin 36 Həmkarlar İttifaqı Komitəsinin üzvünə fəxri fərman və pul mükafatı təqdim edilib.
Rektor Cəfər Cəfərov göstərilən diqqətə və təbrikə görə Respublika Komitəsinə təşəkkürünü bildirib və təltif olunan əməkdaşlara işlərində uğurlar arzulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər