Azərbaycan Texniki Universiteti ilə Qlazov Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti ilə Qlazov Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Rusiya Federasiyası Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji Universitetinin rektoru Yanina Çiqovskaya-Nazarova ilə görüşüb.
Görüşdə AzTU-nun və Qlazov Dövlət Pedaqoji Universitetinin nümayəndələri, Udmurtiya Respublikası Hökumətinin beynəlxalq əlaqələr üzrə müşaviri Dmitri Ryabov, Udmurtiyada yaşayan Azərbaycan diasporunu təmsil edən “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin sədri Zülfüqar Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev iştirak ediblər.
Rektor Vilayət Vəliyev AzTU-nun fəaliyyəti, təhsil müəssisəsində həyata keçirilən yeniliklərdən bəhs edib.
Qlazov Dövlət Pedaqoji Universitetinin rektoru Yanina Çiqovskaya-Nazarova rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında təqdimatla çıxış edib. O, metallurgiya və materialşünaslıq üzrə sənaye sahələrində çalışan mütəxəssislərin qısa müddətə hazırlanması və qiymətləndirilməsi ilə bağlı yeni layihələr barədə danışıb. Bu layihələrin icrasından irəli gələn işlərin həyata keçirilməsi üçün AzTU-nun elmi potensialından yararlanmaq istədiklərini bildirib.
Sonra iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, iki universitet arasında akademik mübadilə, ixtisasartırma kursları, ustad dərsləri, birgə elmi-tədqiqat layihələri və elmi konfransların təşkili nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər