Xocalı soyqırımının 30-cu ildönümündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda keçirilən ümumxalq yürüşü Azərbaycan dövlətinin tarixi həqiqətlərin, haqq səsimizin dünyaya çatdırılması istiqamətində davamlı və məqsədyönlü fəaliyyətinin daha bir təzahürüdür.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin söylədiyi “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı” fikirləri Vətən müharibəsində Azərbaycan əsgərinin 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının intiqamını aldığını bir daha təsdiq edir. İstər Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar, istərsə də ötən ilin sentyabrında - Anım Günü ilə bağlı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda keçirilən yürüşlər bütün dünyaya xalqımızın birliyini, bu birliyin sarsılmaz olduğunu nümayiş etdirdi.
Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, Vətən müharibəsi şəhidlərinin Anım Günü yürüşündə iştirakçıların əllərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin, itkin düşən hərbçilərimizin və Ermənistan dövləti tərəfindən törədilən müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki insanların fotoşəkillərini tutması şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirirdisə, Xocalı yürüşündə faciənin yaşatdığı ağrının, hüznün arxasından boylanan mənəvi rahatlıq görünürdü. Artıq iki ildir ki, Xocalı abidəsini ziyarət edərkən acısı, fəryadı ilə birgə daşlaşmış ananın üzünə daha dik baxa bilirik. Bu abidəni alnıaçıq, başıuca ziyarət edirik, çünki düşməndən şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alınıb.
Bununla yanaşı, tarixdə elə faciələr var ki, üzərindən illər, qərinələr ötsə də insanların xatirəsində hər zaman təzədir, lap dünən olduğu kimi. 1992-ci ilin soyuq fevral günlərində körpələrin, qadınların, ahıl insanların qətlə yetirildiyi, əsir, girov götürüldüyü, insanlığın yaşamadığı işgəncələrə məruz qaldığı, ləyaqətlərinin alçaldıldığı Xocalı soyqırımı də belə faciələrdən idi. Bizim üçün fevral ayı Xocalı ayıdır. Bu ay bir gecədə bir şəhərin yer üzündən silindiyi, Xocalının şəhid statusu aldığı aydır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və onların havadarları nəinki beynəlxalq hüquq normalarını, bütünlükdə insanlığa dayanan davranış və əməlləri vəhşicəsinə pozdu. Bu faciənin törədilməsində SSRİ-nin 366-cı alayının verdiyi dəstək düşməni daha da azğınlaşdırır və əl-qolunu açırdı. Bəşər tarixində mövcud olan bütün savaşların qanunları olub. O qanunlar körpəyə, hamilə qadına, ahıl qocaya aman verib. Amma Xocalının qatilləri müharibələr tarixinin görmədiyi qədər amansız idi. Mühasirədə olan Xocalının dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri barbarcasına yerlə-yeksan edən düşmənin adı isə erməni idi.
Azərbaycanlılara, ümumən türk millətinə qarşı düşmən mövqeyindən çəkinməyən ermənilərin Xocalıda törətdiyi qətliam əslində bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli idi. Azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu qətliamı törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqının mübarizə əzmini qırmaq, məhv etmək niyyətini güdürdü. Amma düşmən bu niyyətinə çata bilmədi. Doğrudur, 30 ildir Xocalıda soydaşlarımızın başına gətirilən müsibətlərin ağrı-acısı ilə yaşadıq, yer üzündən silinən ailələrin müsibəti, körpələrin yarımçıq qalmış taleyi, yardıma möhtac qocalara tutulan divanlar içimizi göynətdi. Lakin xalqın mübarizə əzmi heç zaman qırılmadı, Xocalının qisasının bir gün mütləq alınacağına hər kəs inandı.
2020-ci ilin sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsinə başladı və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Qarabağ azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. Vətən savaşında cəsur Azərbaycan oğulları Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadı.
Hər il fevralın 26-nın Xocalı Soyqırımı Günü kimi yad olunması və beynəlxalq təşkilatların faciənin həqiqətləri barədə məlumatlandırılması, Prezident İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlər faciənin miqyasını bir daha dünya ictimaiyyətinə çatdırmağa imkan verir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası, Azərbaycanın artan nüfuzu sayəsində dünyanın bir sıra ölkələri Xocalı soyqırımını tanıyır və dünya ictimaiyyəti də başa düşür ki, Ermənistan siyasətinin əsasında terrorçuluq və işğalçılıq niyyəti dayanır.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, faciənin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri də xüsusi qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası dünya ölkələrinin erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılmasında müstəsna rol oynayır.
“Yaşanan tarix sübut edir ki, keçmişini unudanlar onu yenidən yaşamaq məcburiyyətində qalır. Azərbaycan xalqının yaddaşında dərin iz qoyan, onu daim mübarizə və qisas ruhuna kökləyən elə faciəli hadisələr var ki, onları unutmağa haqqımız yoxdur. Gənc nəsillərə tarixi həqiqətlərin aşılanması, tariximizə, onların milli-mənəvi dəyərlərimizə diqqət və marağının artırılması, Vətənə layiqli şəxsiyyət kimi yetişməsində məktəbin, müəllimin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Vətən müharibəsində döyüşən ordumuzun hər bir əsgərinin yüksək vətənpərvərliyində ailəsi ilə yanaşı, Azərbaycan məktəbinin və müəlliminin də müstəsna rolu var. Sadəcə, ilin bir günü deyil, mütəmadi olaraq şagirdləri qədim və çağdaş tariximizdə yaşanan, hər bir azərbaycanlının unutmamalı olduğu hadisələr haqqında məlumatlandırılması öyrədənlərin ən başlıca vəzifələrindən biridir. Vətənə sevgi, sədaqət hisslərinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi hər zaman təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.
Yeri gəlmişkən qeyd edim ki, hər il Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xocalı soyqırımının ildönümünün keçirilməsi ilə əlaqədar təsdiq olunmuş planına uyğun olaraq silsilə tədbirlər keçirir. Paytaxtın bütün ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilir. Həmçinin ümumi təhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xatirə gecələri keçirilir, sənədli və bədii filmlər nümayiş olunur, sərgilər təşkil edilir, Xocalı soyqırımından bəhs edən fotostendlər, guşələr hazırlanır. Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi “Ana harayı” abidəsini ziyarət edirlər. Belə tədbirlərin həyata keçirilməsi və ümumilikdə məktəblərdə aparılan məqsədyönlü vətənpərvərlik tərbiyəsi işi gənclərin daha yetkin vətəndaş kimi formalaşmasına xidmət edir.
Əminik ki, yaxın müddətdə Xocalı qatillərinin ədalət mühakiməsinə çəkiləcəyi günün də şahidi olacağıq. Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun davamlı dəstəyi ilə Xocalı şəhidlərinin haqları uğrunda dünyada aparılan məqsədyönlü işlərin məntiqi nəticə verəcəyi günün uzaqda olmadığına inanırıq”,- deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.
Tehsil-press.az