Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından bir həftə keçir. Bu müharibənin səbəbləri, gedişi, nəticələri barədə indidən konkret fikrilər söyləmək mümkün olmasa da, bəzi mülahizələr söyləmək, nəticələr çıxarmaq mümkündür.
Xüsusən Azərbaycanın 2020-ci ildə erməni işğalçılarına qarşı apardığı Vətən müharibəsi kontekstində bəzi qənaətlər ortaya çıxır.
Qarabağda və Ukraynada gedən müharibənin müqayisəsi belə deməyə əsas verir ki, ölkəni və xalqı fəlakətlərdən, təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət, qlobal və geosiyasi reallıqları nəzərə almaq zəruridir.
Qarabağ müharibəsinin gedişində yaranmış situasiyalarda Azərbaycanın doğru və düşünülmüş addımlar atdığı, döyüş və siyasət meydanında ortaya qoyduğu ağıllı gedişlər Ukraynada baş verənlərin fonunda bir daha təsdiqini tapmaqdadır.
44 günlük müharibənin hər günü həm döyüş meydanında, həm də siyasət cəbhəsində fərqi situasiyalar ortaya çıxırdı. Bu situasiyalara adekvat davranmaq, hər gün demək olar fərqli qərarlar vermək xüsusi bacarıq, qabiliyyət, rasionallıq tələb edirdi. Azərbaycan dövləti, Prezident İlham Əliyevin məhz doğru qərarları nəticəsində Vətən müharibəsi sözün bütün mənalarında Qələbə ilə başa çatdı.
Soyuqqanlı davranmaq, doğru qərarlar vermək, vəziyyəti düzgün qiymətləndirmək, təxribatlara uymamaq və digər məqamlar Azərbaycanın həm cəbhədə, həm də siyasi arenada qalibiyyətini təmin etdi. Təkcə bir faktı vurğulamaq yerinə düşər ki, Azərbaycan Ordusu müharibənin gedişlində mülki erməni əhalisinə qarşı heç bir addım atmadı. Ermənistanın Gəncəni və digər yaşayış məntəqələrini qadağan olunmuş silahlarla atəşə tutmaqda bir məqsədi də Azərbaycanı təxribata çəkmək idi. Hər kəs xatırlayır ki, yaşayış məntəqələrimiz bombalandıqca, günahsız insanlar öldürüldükcə, “Biz də Ermənistanın şəhərlərini vuraq” kimi çağırışlar səslənirdi. Lakin Ali Baş Komandan İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ordusu mülki erməni əhalisinə qarşı heç bir əməliyyat aparmır, ordumuzun məqsədi Ermənistan ordusunu döyüş meydanında məğlub etməkdir. Azərbaycan bununla bütün dünyaya göstərdi ki, Ermənistanın azərbaycanlılara qarşı genosid siyasətindən fərqli olaraq, Azərbaycanın məqsədi yalnız öz torpaqlarını işğaldan azad etməkdir.
Hər kəsə məlumdur ki, müharibədə əsas nüanslardan biri Xankəndinin azad edilməsi məsələsi idi. “Xankəndiyə niyə girmədik” deyənlər yaxşı olar ki, indi Avropanın ən böyük ölkələrindən olan Ukraynanın dünyanın gözü qarşısında yaşadıqlarından nəticə çıxarsınlar. Özü də bu gün Ukraynanı bütün dünya dəstəkləyir, bununla belə, Rusiya hücumları dayandırmır, daha da irəliləyir, şəhərlər, kəndlər viran qoyulur, günahsız insanlar öldürülür. Ukraynadan fərqli olaraq isə Vətən müharibəsində Azərbaycanın yanında yalnız Türkiyə var idi. Azərbaycan Ordusu Xankəndiyə girsəydi, 10 Noyabr bəyanatını imzalamasaydı, ölkəmizin aqibətinin necə ola biləcəyini Ukraynada baş verənlər bir daha göstərir.
Azərbaycan 10 Noyabr sənədinə imza atmasa, Xankəndiyə ordu yeritsə, heç şübhəsizdir ki, bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi. Xüsusən, yada salmaq yerinə düşər ki, 44 günlük müharibənin gedişində BMT-də bir neçə dəfə Azərbaycan əleyhinə qətnamələr qəbul etmək cəhdləri olmuşdu.
Bu gün Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi, biz nəinki 44 günlük müharibədə əldə etdiklərimizi, ümumiyyətlə, müstəqilliyimiz və dövlətçiliyimizi də itirə bilərdik.
Məhz Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də ölkə mümkün geosiyasi kataklizmlərdən sığortaladı. Məhz Azərbaycanın uzun illər ərzində yürütdüyü məqsədyönlü siyasət nəticəsində BMT-də Azərbaycan əleyhinə yuxarıda qeyd olunan qətnamələrin qəbulu mümkün olmadı.
Azərbaycan bu gün də beynəlxalq siyasi arenada baş verənlərə münasibətdə doğru davranış sərgiləyir. Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir və dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstdə yanaşır.
Bakını heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Bütün qərarlar dərin siyasi təhlilə əsaslanır, dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir, istənilən qərarların qəbulunda milli maraqlar əsas götürülür.
Bu gün Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət alıb. Postsovet məkanında ikinci belə ölkə yoxdur.
Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsini təhlil edənlər Azərbaycan dövlətinin və dövlətin başçısının döyüş meydanında uğurlarını qeyd etməklə yanaşı, siyasi müstəvidə də böyük bacarıq və ustalıq nümayiş etdirildiyini xüsusi vurğulayırlar.
Tehsil-press.az