Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Müharibənin əsas cəbhəsi - diplomatiya” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan münaqişələrin həllində diplomatiya sahəsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya sahəsində və informasiya savaşında da uğurlarımızı təmin etdi. Vətən müharibəsi zamanı dövlətimiz beynəlxalq hüquq prinsiplərini rəhbər tutub, öz ərazilərini azad etmək hüququna əsaslanaraq əks-hücum əməliyyatı həyata keçirdi. Müharibənin gedişində bir sıra aparıcı beynəlxalq KİV-ə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırdı, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək, informasiya müharibəsində də tarixi ədalətin zəfər çaldığını göstərdi.
Dəyirmi masada Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dosent Heybət Heybətov, elmi işlər üzrə dekan müavini dosent Nigar İsmayılzadə, regionşünaslıq (Ərəb ölkələri üzrə) ixtisasının IV kurs tələbəsi Nərmin Nuriyeva, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Nigar Allahverdiyeva çıxış ediblər.
Tehsil-press.az