Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Galactech School” tərəfindən hazırda dünyada trend olan yüksək texnologiyalar mövzusunda seminar keçirilib.
Seminarda ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsində təhsil alan tələbələr iştirak ediblər. İnteraktiv formatda keçirilən “Ən yeni texnologiya - tam fərqli dünya!” adlı seminar əsasən süni intellekt, Blockchain və IoT mövzularını əhatə edib.
“Galactech School”un direktoru Orxan Əhmədov və süni intellekt mühəndisi Toğrul Tahirov müxtəlif dövrlərdə baş verən sənaye inqilabları, yeni texnologiyalar və müasir dövrdə yeni texnologiyalarla necə ayaqlaşmaq mövzusunda tələbələrə məlumat veriblər.
Sonda “Galactech School” tərəfindən keçirilən sorğuda iştirak edən tələbələrə xüsusi hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Galactech School” İngiltərə və ABŞ təhsil-tədqiqat şirkətləri ilə əməkdaşlıq çərçivəsində tədqiqatlar apararaq təhsildə innovativ modellər tətbiq edən, EdTech konseptli qlobal bazar üçün nəzərdə tutulmuş startap fəaliyyəti göstərən, IT sahələrinin tədrisini optimallaşdırma məqsədli lokal metodologiyalar yaradan təhsil brendidir.
Tehsil-press.az