ICESCO Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü ilə bağlı üzv ölkələrə müraciət edib

ICESCO Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü ilə bağlı üzv ölkələrə müraciət edib İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü ilə bağlı təşkilata üzv ölkələrə müraciət edib.
Müraciətdə hər il aprelin 21-də dünya ictimaiyyətinin qeyd etdiyi Yaradıcılıq və İnnovasiya Gününün əhəmiyyəti vurğulanır, təşkilatın elm və texnologiyalar sahəsində innovativ təşəbbüsləri dəstəklədiyi diqqətə çatdırılır.
Müraciətdə deyilir: “ICESCO üzv dövlətlərə müraciət edərək, onları iqtisadi potensialı artırmaq istiqamətində innovasiyalardan daha çox istifadə etməyə və sahibkarlar tərəfindən irəli sürülən yaradıcı təşəbbüslərə yol açmağa çağırır. Bu, hər kəs, o cümlədən qadınlar və gənclər üçün yeni imkanlar yaratmağa, işsizlik, yoxsulluq problemlərini həll etməyə təkan verəcək, dayanıqlı inkişafı təmin edəcək. ICESCO bu kontekstdə yeni proqramlar həyata keçirir və texnologiya sahəsində gənclərin kiçik layihələrini dəstəkləyir. Eyni zamanda, innovasiya üzrə treninqlər də təşkil olunur”.
Sonda qeyd olunur ki, ICESCO-nun gənclər üçün innovativ təşəbbüslər üzrə təsis etdiyi mükafatlar və treninqlərin yekununda verilən sertifikatlar onların məşğulluq probleminin həllinə də kömək edir.

Tehsil-press.az


Oxşar xəbərlər