Neft və Sənaye Universitetinin bir qrup tələbəsi METAK MMC-də olub

Neft və Sənaye Universitetinin bir qrup tələbəsi METAK MMC-də olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi ilə METAK MMC-də görüş olub.
Görüşdə çıxış edən fakültənin dekanı dosent Əli Hikmət Əhmədov həyata keçirilən tədbirlər planı çərçivəsində istehsalat müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. O, tələbələrin tədrislə paralel gündəlik təcrübə keçməsi imkanlarının yaradılması üçün şirkət nümayəndələrinə təşəkkürünü bildirib. Ə.Əhmədov tələbələrin təhsildə aldıqları nəzəri biliklərin praktiki məzmununun təkmilləşdirilməsi baxımından təcrübə proqramının mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Təqdimatla çıxış edən METAK MMC-nin Təlim və inkişaf şöbəsinin rəhbəri Kübra İmanova şirkətin tarixi və istehsal istiqamətlərindən danışıb.
İnteraktiv formatda keçən görüşdə tələbələrlə ekoloji təmiz istehsal və istehlakın vacibliyi müzakirə olunub və suallar cavablandırılıb.
Proqram çərçivəsində təcrübəni uğurla başa vuran tələbələrə sertifikatlar veriləcək.

Tehsil-press.z



Oxşar xəbərlər